Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-561/2024 05.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan “VAZ 21061” minik markalı **-HR-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin alınıb ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı onun oğludur. Cavabdehlər onun keçmiş qaynatası və qaynanasıdır. İddiaçı X4 ilə qeyri-rəsmi olaraq evlənmiş, sonradan aralarında baş verən narazılıqlara görə ayrılmışılar. İddiaçının mülkiyyətində “VAZ 21061” minik markalı, 10-HR- 939 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil cavabdehlərin yaşadığı, Gədəbəy rayonun, Miskinli kəndində yerləşən evlərin həyətində qalmışdır. İddiaçı dəfələrlə avtomobili cavabdehlərdən tələb etsə də, cavabdehlər ona məxsus əmlakı geri qaytarmamışlar. Avtomobilin dəyəri 5000 manatdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, İddiaçı onun qızı nikah bağlamadan ailə qurmuşlar. İddiaçı Rusiya getdiyi üçün maşını onlarında həyətində saxlamışdır. Bir müddət sonra qızı ilə iddiaçı arasında olan ailə münasibətləri pozulmuşdur. İddiaçı avtomobili onun verdiyi pulla almışdır. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsini istəyir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan My X1 Çıxarışdan görünür ki, “VAZ 21061” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “VAZ 21061” minik markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin avtomobili özlərində saxlayır və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi cavabdehlərdən alınıb İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. “VAZ 21061” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-561/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-561/2024
05.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver