Məhkəmə qərarları › İş №2(042)-564/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-564/2020

22.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-564/2020 22.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış binasından cavabdehin çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona və ailə üzvlərinə məxsus olan qeyri-yaşayış binasından Cavabdeh çıxarılmasına dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.Həmin mülkün texniki pasportuda onlara məxsusdur. Bir sözlə, həmin binaya dair bütün hüquqmüəyyənedici sənədləri vardır.Həmin binanı cavabdeh X1 qanunsuz olaraq zəbt edərək istifadə edir. Hazırda sözügedən qeyri-yaşayış binasından istifadə edə bilmir.Cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsədə, o, buna məhəl qoymur. Bu barədə cavabdehə iradını bildirib binadan çıxmasını tələb etdikdə isə onu və ailəsini söyüb təhqir edir, yandıracağı və öldürəcəyi ilə hədələyir. Onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur.Cavabdehin onlara məxsus əmlakdan qanunsuz olaraq istifadə etməsi davamlı olaraq mübahisələrə səbəb olur. Bu barədə bir çox aidiyyatı orqanlara müraciətlər etmişdir. Lakin mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görədə məhkəməyə müraciət etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onun əri və qaynatası ağır yol qəzasında vəfat etmişdir. İddiaçı onun qaynıdır. Gəlin köçdüyü gündən uşaqları ilə birlikdə mübahisəli mülkdə yaşamışdır. Onun həmin mülkdə yaşamaq hüququ vardır. Əri və qaynatası vəfat etdikdən sonra hazırda iddiaçı olan qaynı ona həmin mülkdə yaşamağa imkan vermir, onu mülkdən çıxartmaq istəyir. Onun yaşamağa yeri yoxdur. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X9 şəhəri, S.Vurğun küçəsi, ev 99 ünvanında qeydiyyatdadır. İşdə olan ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında dövlət mülkiyyətində olan 0.0280 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.6 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilməklə, X8 41.90 kv.m, X5 40.10 kv.m və İddiaçı 139.60 kv.m pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, **********12-06301 reyestr nömrəli qeyri-yaşayış binasına dair texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasına dair X7 (tikili-41.90 kv.m), X4 (tikili-10.10 kv.m) və İddiaçı (tikili-139.6 kv.m) adına texniki pasport işlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən qeyri-yaşayış binasının mülkiyyətçisi olmalı, həmin qeyri-yaşayış binası cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalı, qeyri-yaşayış binası iddiaçı tərəfindən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 3 ünvanında dövlət mülkiyyətində olan 0.0280 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.6 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilməklə, X8 41.90 kv.m, X5 40.10 kv.m və İddiaçı 139.60 kv.m pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış binasının 139.60 kv.m hissəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus qeyri-yaşayış binasının cavabdeh tərəfindən tutulduğunu, qeyri-yaşayış binasının istifadəsinə cavabdeh tərəfindən maneələr yaradıldığını iddia edir. Cavabdeh məhkəmə iclasında mübahisəli qeyri-yaşayış binasında yaşadığını və yaşamağa hüququnun olduğunu bildirərək oradan haqlı olaraq istifadə etdiyini və istifadəsinin qanuni olduğunu bildirmişdir. Yəni cavabdeh mübahisəli qeyriyaşayış binasını tutmasını mübahisələndirmir və bu hərəkətlərini etiraf edərək bunun qanuni olmasını bildirir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış binasından cavabdehin istifadə etməsini və onun istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılmasını sübut etmək vəzifəsindən azad edilmiş sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli qeyri-yaşayış binası adından da göründüyü kimi yaşayış üçün nəzərdə tutulmayıb, qeyri-yaşayış binasıdır. Ona görə də həmin mülk yaşayış yeri kimi nəzərə alına və cavabdehin orada yaşaması qanuni hesab edilə bilməz. Eləcə də məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış binasının 139.60 kv.m hissəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının həmin hissə üzərində mülkiyyət hüquqları vardır və həmin hüququndan istifadə etməsinə qanunsuz yaradılan bütün maneələrin aradan qaldırılmasını tələb etməkdə hüququ vardır. Eləcə də cavabdeh mübahisələndirilən qeyri-yaşayış binasına qanuni əsasla sahiblik və istifadə etdiyini sübuta yetirən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin mübahisəli qeyri-yaşayış binasından bütövlükdə deyil, yalnız özü payına düşən hissəsindən çıxarılmasını tələb etməkdə subyektiv hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlər ə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ümumi sahəsi 221.6 kv.m olan qeyri-yaşayış binasının İddiaçı məxsus olan 139.60 kv.m hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ümumi sahəsi 221.6 kv.m olan qeyri-yaşayış binasının İddiaçı məxsus olan 139.60 kv.m hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar