Məhkəmə qərarları › İş №2(042)-576/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-576/2022

05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-576/2022 05.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 xx.xx.1992-ci il tarixdə Gədəbəy şəhərində və xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş X2 xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ümumi xəstəliklər səbəbindən ölməsi faktlarının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X9 onun oğlu, X8 isə onun qızı olmuşdur. X9 xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, xx.xx.1992-ci il tarixdə Gədəbəy şəhərində, X8 xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ölmüşdür. Övladlarının hər ikisi ümumi xəstəliklər səbəbindən ölmüş, Gədəbəy şəhərində yerləşən məzarlıqda dəfn edilmişdir. Onun və həyat yoldaşının savadsızlıqları səbəbindən onlara X7 almamışlar. Mərhum övladlarının ölümü ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də, ona X7 verməmişlər. X7 alınması vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, X9 xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, xx.xx.1992-ci il tarixdə Gədəbəy şəhərində, X8 xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ölmüşdür. Ərizəçinin övladlarının hər ikisi ümumi xəstəliklər səbəbindən ölmüş, Gədəbəy şəhərində yerləşən məzarlıqda dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid X1 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışlardan görünür ki, X9 xx.xx.1991-ci il tarixdə, X8 xx.xx.1996-cı il tarixdə doğulmuşlar. Onların ataları qrafasında X6, anaları qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 xx.xx.1992-ci il tarixdə Gədəbəy şəhərində və xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş X2 xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ümumi xəstəliklər səbəbindən ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin sosial hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 xx.xx.1992ci il tarixdə Gədəbəy şəhərində və xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş X2 xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ümumi xəstəliklər səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 xx.xx.1992-ci il tarixdə Gədəbəy şəhərində və xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş X2 xx.xx.1996-ci il tarixdə Gədəbəy şəhərində ümumi xəstəliklər səbəbindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar