Məhkəmə qərarları › İş №2(042)-576/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-576/2024

24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-576/2024 24.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1995-ci il tarixdə anadan olmuş mərhum qızı X4 xx.xx.1996-ci il tarixdə ölmü elan edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək, xx.xx.1995-ci ildə anadan olmuş qızı X4 xx.xx.1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun doğma qızıdır. X3 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. X4 cənazəsini Tovuz rayonunun Lazlar kənd qəbirstanlığında dəfn edilmişdir. X2 ölməsinə dair ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda onun pensiya yaşı ilə əlaqadar olaraq ondan anadan olmuş uşaqlarının sənədlərini tələb etmişlər. Ondan mərhum qızının ölməsinə dair ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onun sənədləri qəbul edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/14/193/24 saylı məktubunda qeyd edilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X7 məhkəmə iclasında bildirdi ki, Ərizəçi tanıyır, onun həmkəndlisidir. Ərizəçi qızı X8 1995-ci il tarixdə doğulmuş, xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Tovuz rayonunda dəfn edilmişdir. Dəfin mərasimda o da iştirak etmişdir. X6 məhkəmə iclasında X15 ilə eyni məzmunlu ifadə verərək X4 xx.xx.1996-cı il tarixdə Tovuz rayonunda vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən sənədlər olmadığına görə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Tovuz RİHB-nın Qəribli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 127 saylı arayışdan görünür ki, Ərizəçi onun X11 ilə birgə nikahından xx.xx.1995-ci il tarixində anadan olmuş X8 qonşuların tərtib etdikləri akta əsasən xx.xx.1996-ci-il tarixində vəfat etmişdir. Onun meydi Tovuz rayon Lazılar kənd qəbirstanlığında dəfin edilmişdir. İşdə olan Tovuz rayonu, Lazılar kənd sakinləri X12, X16, X15, X13 və Ərizəçi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, onlar xx.xx.1995-ci il tarixdə anadan olmuş X4 xx.xx.1996-cı ilk tarixdə xəstəlik səbəbindən vəfat etməsini və Tovuz rayonu, Lazılar kənd qəbirstanlığından dəfn edilməini təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1995-ci il tarixdə Tovuz rayonu Qəribli kəndində anadan olmuş, X8 xx.xx.1996-ci il tarixdə Tovuz rayonu, Lazılar kəndində vəfat etmişdir. Onun xx.xx.1996-ci il tarixdə Tovuz rayonu, Lazılar kəndində ölməsi şahid ifadəsi və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1995-ci ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş X4 xx.xx.1996-ci ildə Tovuz rayonu, Lazılar kəndində xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X5 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “xx.xx.1996-ci il”, öldüyü yer kimi “Tovuz rayonu, Lazılar kəndi”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar