Məhkəmə qərarları › İş №2(042)-602/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-602/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-602/2023 18.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 04 iyun 1964-cü il tarixdə Gəncə şəhərində doğulmuş X6 1965-ci ilin avqust ayında Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi və ölümün qeydə alınmasının Gəncə şəhər Qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu, Zəhmət kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. X3 04 iyun 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 1965-ci ilin avqust ayında vəfat etmişdir və Gəncə şəhərində dəfn edilmişdir. Bacısının ölümü qeydə alınmamışdır. O, 1965-ci ilin avqust ayında vəfat etmiş X2 ölümü haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizə ilə Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Gəncə şəhər Qeydiyyat Şöbəsinin 19 aprel 2023-cü il tarixli 3-16-5/8- 570/2023 nömrəli məktubu ilə ölüm faktının qeyqə alınmasından imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olunmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X2 1965-ci ilin avqust ayında vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında bildirdi ki, o, ərizəçinin və mərhum X6 bacısıdır. Bacısı G.Əliyeva 1964-cü il tarixdə anadan olmuş və 1965-ci ilin avqust ayında Gəncə şəhərində vəfat etmişdir. X1 məhkəmə iclasında X10 ilə eyni məzmunlu ifadə verərək X6 1965-ci il tarixdə Gəncə şəhərində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışıdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir; xx.xx.1940-cı il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş arvadı X8, xx.xx.1959-cu il tarixdə anadan olmuş qızı X10, xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2022-ci il tarxdə vəfat etmiş oğlu X15, xx.xx.1964-cü il tarixdə anadan olmuş qızı X11, xx.xx.1965-ci il tarixdə anadan olmuş oğlu Ərizəçi. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, X9 1965-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Onun 1965-ci il tarixdə Gəncə şəhərində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X6 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X6 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş Əliyeva Gülnarə (Gülnara) Əli qızının XX.XX.1965-ci ildə Gəncə şəhərində xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Gəncə şəhər Qeydiyyat şöbəsinə həvalə edilsin ki, Əliyeva Gülnarə (Gülnara) Əli qızına veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “XX.XX.1965-ci il”, öldüyü yer kimi “Gəncə şəhəri”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar