Məhkəmə qərarları › İş №2(042)-621/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-621/2023

30.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-621/2023 30.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 10 iyun 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin barışıq sazişində göstərilən xx.xx.2022-ci il tarixdən hesablanmaqla Maraqlı şəxs tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşana çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin ödənilməsinə dair 10 iyun 2022-ci il tarixli barışıq sazişi imzlamışlar və Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ona hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir. Hazırda o həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh ona aliment verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. O da məcbur qalıb sözügedən barışıq sazişinin təsdiqlənərək icraya yönəlməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə, X5 isə xx.xx.2016-cı il tarixdə doğulmuşlar, ataları qrafasında Maraqlı şəxs, anaları qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-770/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə şəhəri Kəpər rayon Qeydiyyat Şöbəsində bağlanmış 19 fevral 2014-cü il tarixdə 120 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan 10 iyun 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 05 iyun 2014-cü il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X2 anaları Ərizəçi yanında saxlanılması, 10 iyun 2022-ci ildən başlayaraq hər ayın 20-30 tarixlərində hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin iddiaçıya ödənilməsi və 05 iyun 2014-cü il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X2 istənilən vaxt ataları ilə görüşüb ünsiyyətdə olmaları barədə saziş bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Tərəflərin razılığı əsasında aliment hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi, 300 manat miqdarında müəyyən edilmişdir. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Eləcə də, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli və barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişi 10 iyun 2022-ci il tarixdən başlayaraq, 05 iyun 2014-cü il təvəllüdlü X4 və 22 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar