Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-628/2024 16.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1990-cı il tarixdə anadan olmuş X1 xx.xx.1998-ci il tarixdə ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizədə dəqiqləşmə aparılması barədə ərizə verərək, xx.xx.1990-cı il tarixdə anadan olmuş X1 xx.xx.1998-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 onun doğma oğludur. Mərhum oğlu X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X1 cənazəsini Gədəbəy rayonunun Arıqıran kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin X1 ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda onun pensiya yaşı ilə əlaqədar olaraq onun anadan olmuş uşaqlarının sənədlərini tələb edirlər. Ondan oğlunun ölməsinə dair ölüm haqqında şəhadətnamə tələb olunur. Mərhum X1 xx.xx.1998-ci il tarixdə ölmünün qeyd edilməsi barədə Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/14/238/24 saylı məktubunda bu barədə qeydlər aparılmış və qeyd edilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, oğlu X6 anadan gəlmə xəstə olmuş, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat evində saxlanmış və həmin internatda vəfat etmişdir. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında X2 qeyd edilmişdir. İşdə olan Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat tərəfindən verilmiş 28 dekabr 1998-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X6 28 dekabr 1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internatda ölmüşdür. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 05/-14/238/24 nömrəli məktubdan görünür ki, mərhum X1 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, X6 28 dekabr 1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internatda vəfat etmiş və Gədəbəy rayonu, Arıqıran kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 28 dekabr 1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internatda ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1990-cı ildə Gədəbəy rayonunda anadan olmuş X3 28 dekabr 1998-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internatda xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X5 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “28 dekabr 1998-ci il”, öldüyü yer kimi “Abşeron rayonu, Saray qəsəbəsi 7 saylı ağıldankəm uşaqlar üçün internat”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-628/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-628/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver