Məhkəmə qərarları › İş №2(042)-644/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-644/2020

06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-644/2020 06.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov şəhriyar Zülfüqar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1934-cü il tarixdə anadan olmuş mərhum həyat yoldaşı X6 xx.xx.1977-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, o, mərhum X12 ilə 1954-cü il tarixdə ailə qurub evlənmişdir. Nikahlarını xx.xx.1968-ci il tarixdə rəsmiləşdirmişlər. X12 mövsümü olaraq 1977-ci il tarixdə X5-Peterburq şəhərinə işləməyə getmişdir. X12 xərçəng xəstəliyindən xx.xx.1977-ci il tarixdə vəfat etmişdir. Onun cənazəsi gətirilib Gədəbəy rayonu, Yenikənd kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin X6 ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda o, ərindən miras qalmış mülkü vərəsəlik qaydasında nəvəsinin adına rəsmiləşdirmək istəyir. Bu məqsədlə sənədlərini toplayıb X13 təqdim edərkən məlum olmuşdur ki, mərhum X6 ölüm haqqında şəhadətnaməsi yoxdur. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi X6 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmin faktın təsdiqi onun pensiyaya çıxması əlaqədar səbəbindən ona lazımdır. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Şahid X3 məhkəmə iclasında bildirdi ki, o, ərizəçini tanıyır. Ərizəçi X12 ilə ailə qurmuşdur. X12 xərçəng xəstəliyindən xx.xx.1977-ci il tarixdə X5-Peterburq şəhərində ölmüşdür. Onun cənazəsi Azərbaycana gətirilmiş və Gədəbəy rayonu, Yenikənd kənd qəbristanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir. Şahid X11 məhkəmə iclasında X2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək X6 xx.xx.1977-ci il tarixdə X5-Peterburq şəhərində xərçəng xəstəliyindən vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZ № 076045 seriyalı evlənmək haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Telli Məhər qızı ilə nikahlarını xx.xx.1968-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İşdə olan qonşuluq aktından görünür ki, X12 1977-ci ildə Rusiya Federasiyasında vəfat etmiş və Gədəbəy şəhərində dəfn edilmişdir. İşdə olan fotoşəkildən görünür ki, X6 qəbir daşında onun ölüm tarixi kimi 1977-ci il qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/-14/2014 nömrəli məktubdan görünür ki, 1934-cü il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş X6 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığından ərizənin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X12 1934-cü il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuşdur. X12 xərçəng xəstəliyindən xx xxxx 1977-ci il tarixdə X5-Peterburq şəhərində ölmüş və cənazəsi Azərbaycan Respublikasına gətirilərək Gədəbəy rayonu, Yenikənd kənd qəbristanlığında dəfn edilmişdir. Onun xx xxxx 1977-ci il tarixdə ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X6 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X6 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1934-cü il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş X6 xərçəng xəstəliyindən xx xxxx 1977-ci il tarixdə X5-Peterburq şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X8 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “xx xxxx 1977-ci il”, öldüyü yer kimi “X5-Peterburq şəhəri”, ölümün səbəbi kimi “xərçəng xəstəliyi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar