Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-646/2022 21.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, XX.XX.1931-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuş mərhum bacısı X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ümumi xəstəliklər səbəbindən ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, onun mərhum bacısı X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ümumi xəstəliklər səbəbindən ölmüşdür. Lakin həkim ekspert rəy verməməsi nəticəsində mərhum bacısı X4 ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Həmin şəhadətnamə onun bacısından miras qalmış əmlakı qəbul etmək üçün lazımdır. O, Maraqlı şəxsnə müraciət etsə də, oradan imtina edilmiş və məhkəməyə müraciət etməyisi tövsiyə edilmişdir. Ona görə də, bu faktın müəyyən edilməsi başqa qaydada mümkün deyil. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, ərizəçinin bacısı X9 onun qonşusu olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qocalıq səbəbindən vəfat etmişdir. X3 yas mərasimində iştirak etmişdir. X2 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verərək X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli, 64 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Əli İsmayıl kənd X8 1943-19440cü illərə dair 6 nömrəli təsərrüfatbaşına kitabın 148-ci şəxsi hesabında qeydiyyatda olmaqla Ərizəçi atası Zeynalov Nəbi oğlunun adına təsərrüfat qeyd edilib və ailə üzvləri sırasında qızı X6 qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1931-ci il tarixdə anadan olmuşdur. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-11-113 nömrəli məktubdan görünür ki, mərhum bacısı X3 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1931-ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1931-ci ildə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş X3 xx.xx.2022-ci ildə Bakı şəhərində qocalıq səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X4 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “28 yanvar 2022-ci il”, öldüyü yer kimi “Bakı şəhəri”, ölüm səbəbi kimi “qocalıq” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-646/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-646/2022
21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver