Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-685/2023 26.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş X6 xəstəlik (ürək tutması) səbəbindən xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 onun arvadıdır. Arvadı xx.xx.1960-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. O, L.Əmiraslanova ilə xx.xx.1979-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X10 xx.xx.2023-cü ildə Əmiraslanlı kəndində yaşadıqları evin həyətindən təxminən 10 metr məsafədə yerləşən tövlədə olarkən ürək tutmasından vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə X1 qəbirstanlığında dəfn edilmişdir. Onun ölümü ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin balanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin arvadının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin arvadı X10 olmuşdur. L.Əmiraslanovanın ürək və təziq xəstəlikləri olmuşdur. xx.xx.2023-cü il tarixdə L.Əmiraslanova Gədəbəy rayonu, Əmiraslanlı kəndində yaşadıqları evin həyətində yerləşən tövlədə ürək tutmasından vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. X3 oğlu məhkəmə iclasında X9 ilə eyni məzmunlu ifadə verərək X6 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X10 nikahlarını xx.xx.1979-cu il tarixdə bağlamışlar. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 15 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, 05 may 2023-cü il tarixdə saat 08:30-da Gədəbəy rayon Polis şöbəsinin növbətçi hissəsindən Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini X6 yaşadığı evin həyətində yerləşən mal tövləsində meytinin aşkar olunması barədə Gədəbəy rayon prokurorluğuna məlumat daxil olmuş, həmin faktla bağlı araşdırma aparılmış və X6 meyitinin 05 may 2023-cü il tarixdə yaşadığı evin həyətində yerləşən mal tövləsində aşkar olunması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/11-315 nömrəli məktubdan görünür ki, mərhum arvadı X6 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, X10 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində vəfat etmişdir. Onun xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X6 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən müəyyən müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X6 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 07 iyul 1960-cı ildə Gədəbəy rayonununda anadan olmuş X6 05 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Əmiraslanlı kəndində xəstəlik (ürək tutması) səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X8 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “05 may 2023-cü il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Əmiraslanlı kəndi”, ölüm səbəbi kimi “xəstəlik (ürək tutması)” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-685/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-685/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver