Məhkəmə qərarları › İş №2(042)-7/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-7/2021

05.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-7/2021 05.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X6, onun nümayəndəsi X7, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlakın bölgüsü, təmir xərci, əmlak və ya onun dəyəri tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X12 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı x xxxx 6885 manat dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin, 1xx xxxx 19228 manat dəyərində cehiz əşyalarının özünün və ya dəyərinin, mənzilin təmirinə xərclənmiş 12000 manat təmir xərcinin ½ hissəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun, rəy üçün çəkilmiş 350 manat xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq ona verilməsi, 680 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 2 ədəd odun peçinin, 30 manat dəyərində 1 ədəd qaz balonunun, “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin və 660 manat kompensasiyanın ½ hissəsinin Cavabdeh1 alınaraq, ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X12 məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması haqqında ərizə vermiş, ərizəsində onun soyadının X9 yazılmasını xahiş etmiş, x xxxx 6885 manat dəyərində qızıl-zinət əşyalarının özünün və ya dəyərinin, mənzilin təmirinə xərclənmiş 12249 manat təmir xərcinin ½ hissəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun, rəy üçün çəkilmiş 350 manat xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınaraq ona verilməsi, 680 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 2 ədəd odun peçinin, 30 manat dəyərində 1 ədəd qaz balonunun, “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin və 660 manat kompensasiyanın ½ hissəsinin Cavabdeh1 alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X12 iddia tələblərini müdafiə etmiş izahat verərək bildirmişdir ki, o, Cavabdeh1 ilə xx xxxxxxx 2012-ci il tarixdə nikah bağlamış və cavabdehlərə məxsus Gədəbəy rayonu, Səbətkeçməz kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikah münasibətlərindən xx xxxxxx 2012-ci tarixdə Röyal və xx xxxxxx 2013-cü il tarixdə Ayxan adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra hər ikisi Gədəbəy rayonu Səbətkeçməz kəndində yaşamış, işləyib ailəyə qazanc gətirmişlər. Ailə münaqişəsi nəticəsində döyülərək 02 noyabr 2018-ci ildə polis vasitəsilə evdən çıxarılmışdır. Mənzildən çıxarkən özü ilə hər hansı əşya götürməyə imkanı olmamışdır. Ona məxsus qızıl-zinyət və birgə alınmış əşyalar cavabdehlərin istifadəsində olan mənzildə qalmışdır. Cavabdeh1la evlənərkən toy hədiyyəsi olaraq cavabdehlər və valideynləri ona dəyəri 2160 manat olan, çəkisi 24 qram, 750 əyarlı boyunbağı; dəyəri 900 manat olan, 750 əyarlı, 10 qram çəkidə qolbağ; dəyəri 1120 manat olan, çəkisi 14 qram, 583 əyarlı, sirkonqaşlı sırğa-üzük dəsti; dəyəri 1200 manat, çəkisi 6 qram olan, 750 əyarlı, 2 karat brilyantqaşlı üzük; dəyəri 480 manat olan, 583 əyarlı, çəkisi 5 qram olan üzük; dəyəri 225 manat olan 750 əyyarlı 2.5 qram çəkisi olan boyunbağı; dəyəri 400 manat olan 585 əyarlı, çəkisi 4.5 qram olan təkqaş qızıl üzük hədiyyə etmişlər. Ona məxsus bütün qızıl-zinət əşyaları, o cümlədən toydan sonra birgə qazancları hesabına aldıqları 1 ədəd plazma televizor, 2 ədəd uşaq üçün çarpayı, 1 uşaq beşiyi, 2 ədəd qızdırıcı peç, 1 ədəd qaz balonu cavabdehlərin yaşadıqları evdə qalmışdır. Birgə yaşadıqları müddətdə keçmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 evin bir hissəsini onlara vermiş, özləri başqa hissədə yaşamışdır. 2011-ci ildən həmin evdə o və uşaqları Cavabdeh1la birgə yaşamışlar. Yaşadıqları müddətdə onların razılığı ilə həyətdə hamam-tualet tikmiş, çardaq qurmuş, həyətin girişinə darvaza qoymaqla, hasar hördürmüşlər. Yaşadıqları iki otağı, girişi tam təmir etmişlər, evə üç plastik pəncərə qoymuş, birinci mərtəbənin bir otağını tam təmir etmiş, evin damını dəyişmiş, həyətə hasar tikilmiş, çardaq tikdirmişlər. Həmin vaxt o, kənddə kitabxanaçı işləmiş, bələdiyyə üzvü olmuşdur. Həmçinin əri Cavabdeh1 600 manatdan artıq əmək haqqı almış, uşaqlar xəstə olması səbəbindən 164 manat müavinət almışdır. Cavabdeh1 məxsus həyətyanı sahədə kartof əkmişlər, mal-qara, toyuq-cücə saxlayıb gəlir əldə etmişlər. Təmir vaxtı həmin heyvanları satmış və pulunu təmir üçün xərcləmişlər. Birgə yaşadıqları zaman FİNKA Bankdan kredit götürmüşlər. Həmin krediti nikah dövründə ödəmişlər, kredit dollarla olduğundan, Cavabdeh1 660 manat kompensasiya ödənilmişdir. Lakin həmin kompensasiyadan Cavabdeh1 ona düşən pulu verməmişdir. O, cavabdehlərdən dəfələrlə ona məxsus əmlakın verilməsini xahiş etsə də, cavabdehlər ona məxsus əmlakı verməmişlər. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı X6 etibarnamə üzrə nümayəndəsi X13 eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ona ailə xəyanəti etmişdir. Ona örə də onlar ayrılmışılar. İddiaçı evdən edərkən özünə məxsus ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını aparmışdır. Onlar ayrıldıqdan sonra o, iddiaçının cehiz əmlakını da qaytarmışdır. Birgə nikah dövründə əldə edilmiş əmlakdan yalnız “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində qalmışdır. Qeyd edilmiş digər əmlaklar valideynlərinin qazancı ilə əldə edilmişdir. Həmçinin evin təmiri zamanı iddiaçı ilə o, birlikdə Gədəbəy şəhərində yaşamış, evin təmirinə çəkilmiş xərc valideynlərinin pulu ilə olmuşdur. Həmin vaxt təmirlə əlaqədar onlar pul xərcləməmişlər. Onlar həqiqətən birə nikah dövründə dollarla kredit götürmüşlər. Həmin krediti ödəmiş, kredit ödənildikdən sonra 2018-ci il tarixdə 660 manat kompensasiya ödənilmişdir. O, nikah dövründə iddiaçı ilə birlikdə televizor, odun sobaları və qaz balonu da əldə etmişdir. Qaz balonu və sobaları iddiaçıya verməyə razıdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında eyniməzmunlu izahatlar verərək, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X10 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh1 nikah bağladıqdan sonra nişan və toy mərasimlərində iddiaçıya dəyəri 750 manat olan, çəkisi 24 qram, 750 əyarlı, boyunbağı; dəyəri 900 manat olan, çəkisi 11 qram olan, 750 əyarlı, qolbağ; dəyəri 1120 manat olan, çəkisi 14 qram, 583 əyarlı, sirkonqaşlı sırğa-üzük dəsti; dəyəri 1200 manat, çəkisi 6 qram olan, 750 əyarlı, 2 karat brilyantqaşlı üzük hədiyyə etmişlər. O, qızının övladı olması ilə əlaqədar ona qırmızıqaşlı, 5 qram çəkidə, əyarı 583, dəyəri 480 manat olan sırğa; və 2.5 qram çəkidə, əyarı 750, dəyəri 225 manat olan boyunbağı bağışlamışdır. İddiaçının atası Məcnun Həsənov isə 8 mart münasibətilə ona təkqaşlı qızıl üzük hədiyyə etmişdir. Üzük 4.5 qram olmaqla əyarı 585, dəyəri 400 manat olmuşdur. Lakin iddiaçı onun evinə gəldiyi zaman həmin qızıllar üzərində olmamışdır. Həmçinin iddiaçı cavabdehlərə məxsus evə gəlin köçərkən cavabdehlərin evi köhnə ev olmuş, bundan sonra iddiaçının və cavabdehlərin birgə zəhməti ilə həmin evin kənarları boyunca hasar tikilmiş, damın örtüyü dəyişdirilmiş və yeni çardaq tikilmişdir. Bu tikintinin aparılmasında iddiaçının da zəhməti olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid Məmmədova Hicran Məhi qızı X10 ilə eyniməzmunlu ifadə vermiş, eyni zamanda bildirmişdir ki, evin təmir işlərinin xərclərinin kimin tərəfindən ödənildiyini bilmir. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X14 ifadə verərək bildirmişdir ki, cavabdehlərlə həm qonşu həm də qohumdur. İddiaçı ilə cavabdehlərin ailə münasibətlərinə 2019-cu il tarixdə xitam verilmişdir. 2020-ci il tarixdə iddiaçı kənd icra nümayəndəsi, sahə müvəkkili, vəkili və digər şəxslərlə gələrək ona məxsus bütün əmlakını, cehizlərini və qızıl-zinət əşyalarını götürmüşdür. Həmçinin iddiaçı ilə X5 şəhərində yaşadıqları zaman X27 və Cavabdeh3 öz zəhmətləri hesabına bankdan kredit götürərək, Gədəbəy rayonunun Səbətkeçməz kəndində yerləşən, hazırda yaşadıqları evdə yaxşılaşdırma işləri aparmışlar. 2020-ci il tarixdə iddiaçı özünə məxsus əmlakları apararkən, televizorun aparılmasını görməmişdir. Məhkəmə iclasında cavabdehlər tərəfindən dəvət edilmiş şahid X17 ifadə verərək, bildirmişdir ki, iddiaçı 2019-cu il tarixdə Cavabdeh1 ilə ailə münasibətlərinə xitam verildiyi gün özünə məxsus qızıl-zinət əşyalarını aparmışdır. Əmlakını isə 2020-ci il tarixdə aparmışdır. İddiaçı ilə X5 şəhərində yaşadıqları zaman X27 və Cavabdeh3 öz zəhmətləri hesabına bankdan kredit götürərək, Gədəbəy rayonunun Səbətkeçməz kəndində yerləşən, hazırda yaşadıqları evdə yaxşılaşdırma işləri aparmışlar. Məhkəmənin xx xxxx 2021-ci il tarixdə keçirilmiş baxış iclası zamanı cavabdehlər tərəfindən dəvət edilmiş şahid X28 ifadə verərək bildirmişdir ki, o, cavabdehlərin evində tikinti işləri aparılan zaman usta işləmişdir. 2013-cü il tarixdə evin damını, çardağını, hasar tikmişdir. Tikinti zamanı Cavabdeh2 onun əməkhaqını vermiş, tikinti işlərinə o, başçılıq etmişdir. Lakin tikinti işləri olan zaman cavabdehin oğlu Cavabdeh1 və onun həyat yoldaşı Tamellanı evdə görməmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-333/2019 saylı, xx.xx.2019-cu il tarixli, qətnaməsinin surətindən görünür ki, X11 ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İşdə olan əmlakın qiymətləndirilməsi haqqında rəydən görünür ki, X8 məxsus qızılların ümumi dəyəri 6485 manatdır. İşdə olan məktubdan görünür ki, “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdən Cavabdeh1 mülkiyyətində qeydə alınmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(042)-3/2020 saylı hökmünün surətindən görünür ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X14 xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Səbətkeçməz kəndində qonşuluğunda yaşayan əmisi oğlu Cavabdeh1 evində olmadığı vaxt rayonun Əlinağılar kənd sakini X2 onun evindən çıxdığını görüb Cavabdeh1 arvadı İddiaçı onunla intim münasibətdə olmasına əmin olaraq sonuncunun azyaşlı uşaqları - 30.08 2012- ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X16 gördüyünü və analarına zor tətbiq edəcəyi zorakılığın onların psixikasına pis təsir edəcəyini və onlara əzab verəcəyini dərk edərək xüsusi amansızlıqla qəsdən əlləri ilə onu vuraraq sol göz ətrafı yumşaq toxumaların qançırı və sol almacıq sümüyünün dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid və sağ mil bilək oynağının əziyi və postravmatikartiti ilə əlaqədar baş vermiş ağrı sindromu və aypara sümüyünün aseptik nekrozu kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. İşdə olan Rəylərdən görünür ki, X11 əmlakın qiymətləndirilməsi üçün 250 manat, qızılların qiymətləndirilməsi üçün 100 manar xərc çəkmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 3800 manatdır. Həmin Rəylə müəyyən edilmişdir ki, avtomobilin qiymətləndirilməsi üçün ekspertiza xərci 120 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş Rəydən görünür ki, Gədəbəy Rayonunun Səbətkeçməz kəndində yerləşən evin yaxşılaşdırma işləri aparılması üçün 12249 manat xərclənmişdir. Həmin Rəylə müəyyən edilmişdir ki, Gədəbəy Rayonunun Səbətkeçməz kəndində yerləşən evin yaxşılaşdırma işlərinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza xərci 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 32.2.1-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qaydada nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları, şahid ifadələri və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ailə qurarkən nişan,toy və diər mərasimlərdə cavabdehlər və iddiaçının valideynləri ona dəyəri 2160 manat, çəkisi 24 qram, 750 əyarlı boyunbağı; dəyəri 900 manat, çəkisi 10 qram, 750 əyarlı qolbağ; dəyəri 1120 manat, çəkisi 14 qram, 583 əyarlı, sirkonqaşlı sırğa-üzük dəsti; dəyəri 1200 manat, çəkisi 6 qram, 750 əyarlı, 2 karat brilyantqaşlı üzük; dəyəri 480 manat, çəkisi 5 qram, 583 əyarlı üzük; dəyəri 225 manat, çəkisi 2.5 qram, 750 əyarlı boyunbağı; dəyəri 400 manat, çəkisi 4,5 qram, 585 əyarlı təkqaş qızıl üzük hədiyyə etmişlər. 2018-ci ildə iddiaçı ilə cavabdehlər arasında ailə münaqişəsi baş vermiş, iddiaçı valideynlərinin evinə getmişdir. Məhkəmə bu zaman baş vermiş münaqişənin şiddətliliyi və xarakterini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını aparmaq imkanları olmamış, qızıl-zinət əşyaları iddiaçıların evində qalmışdır. Məhkəmə qızıl-zinət əşyalarının qiymətlərini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilmiş Rəyə istinad edilməsini mümkün hesab edir və bu zaman həm də o halı nəzərə alır ki, iddiaçıya məxsus qızıllar cavabdehlərdə olduğundan onların daha dəqiq qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 nikah dövründə televizor, odun sobaları və qaz balonu əldə etmişlər. Məhkəmə həmin əşyaların dəyərləri arasında olan nisbətləri təhlil edərək, belə nəticəyə gəlir ki, həmin əşyalar bölünməli, iddiaçının evdən getməklə əmlak vəziyyətinin pisləşməsi nəzərə alınmalı, plazma tipli televizor və ya onun dəyəri ona verilməlidir. Məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 birgə nikah dövründə götürülmüş xarici valyuta ilə olan kreditin ödənilməsi ilə əlaqədar dövlət tərəfindən ödənilmiş kompensasiya kimi 660 manatın ödənilməsi təsdiq edilmişdir və bu məbləğin yarısı olan 330 manat Cavabdeh1 alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən nikah dövründə avtomobil əldə edilmişdir və bu avtomobilin müəyyən edilmiş dəyərinin yarısı ondan alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə araşdırmaları zamanı həm də müəyyən edilmişdir ki, cavabdehlərə məxsus Gədəbəy rayonunun Səbətkeçməz kəndində yerləşən evdə həqiqətən də yaxşılaşdırma işləri aparılmışdır. Lakin iddiaçı bu təmir-yaxşılaşdırılma işlərində Cavabdeh1 və özününün iştirakını təsdiq edən kifayət qədər mötəbər sübutları təqdim edə bilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəyəri 2160 manat, çəkisi 24 qram, 750 əyarlı boyunbağı; dəyəri 900 manat, çəkisi 10 qram, 750 əyarlı qolbağ; dəyəri 1120 manat, çəkisi 14 qram, 583 əyarlı, sirkonqaşlı sırğa-üzük dəsti; dəyəri 1200 manat, çəkisi 6 qram, 750 əyarlı, 2 karat brilyantqaşlı üzük; dəyəri 480 manat, çəkisi 5 qram, 583 əyarlı üzük; dəyəri 225 manat, çəkisi 2.5 qram, 750 əyarlı boyunbağı; dəyəri 400 manat, çəkisi 4,5 qram, 585 əyarlı təkqaş qızıl üzük və ya onların ümumi dəyəri 6485 manat alınaraq, X4 verilməli, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni, 1900 manat, ödənilmiş 660 manat kompensasiyanın yarısı, yəni, 330 manat, televizor və ya onun dəyəri 680 manat Cavabdeh1 alınaraq, X4 verilməli, iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərclər olmuşdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Yəni, ödənilmiş dövlət rüsumu və qızılların qiymətləndirilməsi üçün xərc, cavabdehlərdən alınaraq, iddiaçıya verilməli, cehiz əmlakın qiymətləndirilməsi üçün X9 tərəfindən çəkilmiş xərc iddiaçıya aid edilməli, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün ekspertiza xərci Cavabdeh1 aid edilməli, Gədəbəy rayonunun Səbətkeçməz kəndində yerləşən evdə 2013-cü il tarixdə həqiqətən də yaxşılaşdırma işlərinin qiymətləndirilməsi üçün çəkilmiş ekspertiza xərcləri X4 aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəyəri 2160 manat, çəkisi 24 qram, 750 əyarlı boyunbağı; dəyəri 900 manat, çəkisi 10 qram, 750 əyarlı qolbağ; dəyəri 1120 manat, çəkisi 14 qram, 583 əyarlı, sirkonqaşlı sırğa-üzük dəsti; dəyəri 1200 manat, çəkisi 6 qram, 750 əyarlı, 2 karat brilyantqaşlı üzük; dəyəri 480 manat, çəkisi 5 qram, 583 əyarlı üzük; dəyəri 225 manat, çəkisi 2.5 qram, 750 əyarlı boyunbağı; dəyəri 400 manat, çəkisi 4,5 qram, 585 əyarlı təkqaş qızıl üzük və ya onların ümumi dəyəri 6485 manat, alınaraq, X4 verilsin. Cavabdeh1 mülkiyyətində olan “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni, 1900 manat, ödənilmiş 660 manat kompensasiyanın yarısı, yəni, 330 manat, televizor və ya onun dəyəri 680 manat alınaraq, X4 verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi və qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün çəkilmiş 100 manat xərc, cəmi, 120 manat Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, X4 verilsin. İddia tələbində göstərilmiş cehiz əmlakın qiymətləndirilməsi üçün X9 tərəfindən çəkilmiş 350 manat xərc X4 aid edilsin. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Cavabdeh1 mülkiyyətində olan “VAZ 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün müəyyən edilmiş 120 manat ekspertiza xərci Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (A MEM, VÖEN ********** AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu - 3) keçirilsin. Gədəbəy rayonunun Səbətkeçməz kəndində yerləşən evdə 2013-cü il tarixdə həqiqətən də yaxşılaşdırma işlərinin qiymətləndirilməsi üçün 100 manat ekspertiza xərci X1 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (A MEM, VÖEN ********** AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu - 3) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar