Məhkəmə qərarları › İş №2(042)-709/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-709/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-709/2023 21.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı 07 yanvar 1959-cu ildə doğulmuş atası X7 və 02 iyul 1962-ci ildə doğulmuş anası X1 bədbəxt hadisə səbəbindən 07 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X11 atası, X5 isə onun anası olmuşdur. Atası 07 yanvar 1959-cu ildə, anası isə 02 iyul 1962-ci ildə doğulmuşlar. Onlar Gədəbəy rayonu, Moruxlu kəndində yaşayıblar. 07 aprel 2023-cü il tarixdə yaşadıqları evdə valideynləri bədbəxt hadisə, yəni, dəm qazından zəhərlənmə səbəbindən ölmüşlər. Valideynlərinin ölümü ilə bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, atası və anasına X8 almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona valideynlərinin ölümünü təsdiq edən təbbi sənədlər olmadığı üçün ona X8 verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X8 alınması ona sosial hüquqlarının həyata keçirilməsi məsələsinin həll edilməsi üçün lazımdır.Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 ifadə verərək, bildirmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin atası Oktay, anası isə Məryan olmuşdur. 07 aprel 2023-cü il tarixdə bədbəxt hadisə səbəbindən ərizəçinin valideynləri ölmüşlər. Məhkəmə iclasında dindirilmiş digər şahidlər X4 və X3 eyniməzmunlu ifadə vermişlər. İşdə olan X2 Surətindən görünür ki, ərizəçin atası X11, anası isə X6 olmuşdur. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X11 və X1 ölməsi səbəbləri araşdırılmış, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, 07 yanvar 1959-cu ildə doğulmuş X7 və 02 iyul 1962-ci il tarixdə doğulmuş X1 07 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, 07 yanvar 1959-cu ildə doğulmuş X7 və 02 iyul 1962-ci il tarixdə doğulmuş X1 07 aprel 2023-cü il tarixdə Gədəbəy rayonunda bədbəxt hadisə səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 07 yanvar 1959-cu ildə doğulmuş X7 və 02 iyul 1962-ci il tarixdə doğulmuş X1 07 aprel 2023-cü il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində dəm qazından zəhərlənmə nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar