Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-710/2025 24.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bir ədəd 583 əyarlı 7 qr çəkidə 630 manat dəyərində qızıl qolbağın və bir ədəd 583 əyarlı 5 qr çəkidə 425 manat dəyərində qızıl üzüyün Cavabdeh qanunsuz sahibliyində alınaraq ona verilməsi və ödənilmiş dövlət rüsümunun cavabdehdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2023-cü il nikah bağlamadan ailə qurmuşlar. Onların ailə münasibətlərindən bir övladları olmuşdur. Onlar əvvəllər normal ailə münasibətlərində yaşasalar da, lakin sonradan aralarında olan narazılıqlara görə ayrılmışlar.İddiaçı cavabdehlə ailə qurarkən cavabdeh tərəfindən ona dəyəri 630 manat olan bir ədəd qızıl qolbağ və dəyəri 425 manat olan bir ədəd qızıl üzük hədiyyə edilmişdir.Ailə münasibətləri pozulduqdan sonra həmin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır.Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qismən etiraf etmiş, izahat verərək bildimişdir ki, iddiaçı qızı Aytən Adamovla 2023-cü ildə ailə qurmuşdur. Birgə ailə münasibətlərindən bir uşaqları olmuşdur. İddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra cavabdeh evdən gedərkən özünə məxsus qızıl-zinət əşyalarını aparmışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları həqiqətən hazırda cavabdehdədir. İddiaçı cavabdehə məxsus əmlakı qaytararsa, cacavbdeh də ona məxsus qızılları qaytaracaqdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cəmi, 101 manat məhkəmə xərci çəkilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2023-ciü ildə nikah bağlamadan ailə qurmuşlar.Tərəflər arasında olan ailə münasibətlərinə xitam verildikdən sonra cavabdeh valideynlərinin evinə getmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının həqiqətən cavabdehdə olduğunu etiraf etmiş və əşyaların qaytarılmasına etiraz etməmişdir. Ona görə də iddia tələbləri təmin edilməli, iddiaçıya məxsus dəyəri 630 manat bir ədəd qızıl qolbağ, dəyəri 425 manat bir ədəd qızıl üzük və çəkilmiş məhkəmə xərclərinin əvəzi olan 101 manat cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan dəyəri 630 manat bir ədəd qızıl qolbağ və dəyəri 425 manat bir ədəd qızıl üzük alınaraq, İddiaçı verilsin. İş üzrə 101 manat məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-710/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-710/2025
24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver