Məhkəmə qərarları › İş №2(042)-715/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-715/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-715/2024 01.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1987-ci ildə Gədəbəy rayonunda anadan olmuş X3 24 noyabr 1987-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində zəhərlənmə səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun qızıdır. Qızı xx.xx.1987-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. O, cəmi 1 ay yaşamış, 24 noyabr 1987-ci il tarixdə qanda olan zəhərlənmə səbəbindən ölmüşdür. Qızı xx.xx.1987-ci il tarixdə Hacılar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin bu günədək o qızına ölüm haqqında şəhadətnamə almamışdır. Qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qızının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, ərizəçini tanıyır, onun qonşusudur. Ərizəçinin qızı X9 1987-ci il tarixdə anadan olmuş, cəmi bir ay yaşamış və zəhərlənmə səbəbindən vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. X2 məhkəmə iclasında X1 ilə eyni məmzunlu ifadə verdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində doğulmuşdur. Atası qrafasında X7, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığınıa görə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuş, X9 xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində vəfat etmişdir. Onun xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində ölməsi şahid ifadəsi və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuş X3 xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Hacılar kəndində zəhərlənmə səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X6 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “xx.xx.1987-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Hacılar kəndi”, ölüm səbəbi kimi “zəhərlənmə” qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar