Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-726/2020 02.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı“X6” MMC-nin nümayəndəsi İddiaçı2 və cavabdeh X1 iştirakları ilə, iddiaçı“X6” MMC-nin cavabdeh X2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı alğı satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı“X6” MMC-nin cavabdeh X2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda 1,05 ha torpaq sahəsində yerləşən “X6”Məhdud Məsuliyyətli Cəmiyyətinə aid Əmlak Kompleksi kimi Müəssisəyə məxsus 1.05 ha torpaq sahəsinin 0,04 ha hissəsinin aldatma və zor tədbiq etmə yolu ilə Gədəbəy rayon sakini Cavabdeh ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı“X6” MMC-nin nümayəndəsi İddiaçı2 məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, 1,05 ha torpaq sahəsində yerləşən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Əmlak Kompleksi kimi Müəssisə mülkiyyət hüququ əsasında Daşınmaz Əmlak Dölət Reyistr Xidmətinin 11 saylı X4 dövlət qeydiyyatına alaraq xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarış almışlar. Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, 1,05 ha torpaq sahəsində yerləşən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Əmlak Kompleksi kimi Müəssisə ümumi sahəsi 93,0 kv.m. inzibati binadan, ümumi sahəsi 186,0 kv.m. və 586,0 kv.m. anbar tikililərindən ibarətdir. 1.05 ha torpaq sahəsinin yalnız 0,04 ha hissəsini Gədəbəy rayonun sabiq İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarovun təzyiqi ilə xx xxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı müqavilə əsasında 5.000 (beş min) manata cavabdehə satmışlar, lakin cavabdeh torpaq sahəsinin pulunu ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, 1,05 ha torpaq sahəsində yerləşən “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid Əmlak Kompleksi kimi Müəssisəyə məxsus 1.05 ha torpaq sahəsinin yalnız 0,04 ha hissəsini xx xxxxxx 2013-cü il tarixli AN-İ № ******* saylı müqavilə əsasında 5.000 (beş min) manata almışdır. Tərəflər öz iradələrinə əsasən həmin müqaviləni bağlamış, onlara heç bir təzyiq göstərilməmişdir. Bundan sonra o, həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda yerləşən 1,05 ha torpaq sahəsinə “X6” MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli, AN-İ nömrəli, ******* saylı Daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, “X6” MMC-nin təsisçisi İddiaçı2mülkiyyət hüququ ilə ona məxsus Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, olan 1,05 ha torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh 400 manata satmış, alıcı müqavilədə göstərilən məbləği satıcıya tam ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkənbir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin izahatları və digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilə azadlığı hüququna əsasən daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “X6” MMC-nin təsisçisi İddiaçı2mülkiyyət hüququ ilə ona məxsus Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, olan 1,05 ha torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh 400 manata satmışdır. Bununla da, Gədəbəy şəhəri, D.Əliyeva küçəsi, 44 A ünvanda, olan 1,05 ha torpaq sahəsinin 0.04 ha hissəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Sübutetmə yükü üzərilərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehlə bağladığı alğı-satqı müqaviləsinin ona zor tətbiq edilməklə bağlanılmasını sübut edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-726/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-726/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver