Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-734/2024 17.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş X11 (Eqor) Stepanoviçin “ağ ciyərin ocaqlı vərəmi” səbəbindən xx.xx.2024-cü ildə Gədəbəy rayonu, Novosaratovka kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Koveşnikov Yeqor (Eqor) Stepanoviç onun ögey qardaşıdır. Yeqor (Eqor) xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşdur. X1muşdur. Qardaşı öldüyü günə kimi Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamışdır. Bu barədə Gədəbəy rayonu Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışı ərizəsinə əlavə edir. X11 (Eqor) Stepanoviç xx.xx.2024-cü ildə Gədəbəy rayonu, Novosaratovka kəndində xəstəlikdən (ağ ciyərin ocaqlı vərəmi xəstəliyindən) vəfat etmişdir. Onun meyidi Gədəbəy rayon MTE və PA şöbəsində müayinə olunmuş, ölümünə səbəb “ağ ciyərin ocaqlı vərəmi” olması müəyyən edilmişdir. Bu barədə Gədəbəy rayon MTE və PA şöbəsindən verilmiş arayışı ərizəsinə əlavə edir. Lakin savadsızlıq səbəbindən qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması üçün vaxtında qeydiyyat orqanına müraciət edilməmişdir. Qardaşı Gədəbəy rayonu Novosaratovka kəndində rus qəbristanlığında dəfn edilmişdir. O, hal-hazırda qardaşından qalan miras qəbul etmək istəyir. Bu məqsədlə qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona imtina məktubu verilmiş və qardaşının ölümün təsdiq edən sənədlər olmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qardaşının həqiqətən xx.xx.2024-cü il tarixdə vəfat etməsini Novosaratovka kənd sakini X4 da təsdiq edə bilər. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şahid X4 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X14 (Eqor) Stepanoviç ərizəçinin ögey qardaşıdır. Koveşnikov Yeqor (Eqor) Stepanoviç 11 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində vəfat etmiş və Gədəbəy rayonu, Novosaratovka kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Koveşnikov Yeqor (Eqor) Stepanoviç xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında X2 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 nikahlarını 04 dekabr 1977-ci il tarixdə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Xomutov, arvada Xomutova soyadları verilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 164 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X11 (Eqor) Stepanoviç RİH başçısının Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 03 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 86-cı səhifəsinə, 252 nömrəli şəxsi hesabına əsasən 2008-cı ildən qeyd edilmişdir və öldüyü günə kimi ərazidə yaşamışdır. Koveşnikov Yeqor (Eqor) Stepanoviç 11 yanvar 2024-cü il tarixdə ölmüşdür və Novosaratovka kəndində rus qəbirstanlığında dəfn edlmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mərhum X11 (Eqor) Stepanoviç xx.xx.2007-ci il tarixdə 1 il müddətinə Gədəbəy rayonu, Novosaratovka kəndinə müvəqqəti qeydiyyata alınmaqla ona AZE ******* nömrəli, 4YXPREB FİN kodlu əcnəbi müvəqqəti qeydiyyat vəsiqəsi verilmişdir. İşdə olan Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X9” publik hüquqi şəxsi Gədəbəy rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum X11 (Eqor) Stepanoviç xx.xx.2024-cü ildə ölmüş, onun meyiti Gədəbəy rayon prokurorluğunun qərarı ilə xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Məhkəmə Tibbi Ekspertizası şöbəsində müayinə olunmuşdur. Onun ölümünə səbəb “ağ ciyərin ocaqlı vərəmi” olmuşdur. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 05/-14/275/24 nömrəli məktubdan görünür ki, mərhum X11 (Eqor) Stepanoviçin ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1971-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, Koveşnikov Yeqor (Eqor) Stepanoviç 11 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində vəfat etmiş və Gədəbəy rayonu, Novosaratovka kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 11 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində ölməsi şahid ifadəsi və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Koveşnikov Yeqor (Eqor) Stepanoviçin ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Koveşnikov Yeqor (Eqor) Stepanoviçin ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş Koveşnikov Yeqor (Eqor) Stepanoviçin 11 yanvar 2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində “ağ ciyərin ocaqlı vərəmi” səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Koveşnikov Yeqor (Eqor) Stepanoviçə veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “11 yanvar 2024-cü il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Novosaratovka kəndi”, ölüm səbəbi kimi “ağ ciyərin ocaqlı vərəmi” qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-734/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-734/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver