Məhkəmə qərarları › İş №2(042)-739/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-739/2023

08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-739/2023 08.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonu, Nərimankənd kəndində ölmüş X6 onun atası olmasının etiraf etməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X2 ilə anası X19 1945-ci il tarixdə evlənmiş və aralarında rəsmi nikah olmamışdır. Valideynlərinin birgə ailə münasibətlərindən 5 övladları doğulmuşdur.Onun və X9, X3 və X4 atalığı müəyyən edilməmiş, yalnız X1 atalığı müəyyən edilmişdir. X2 xx.xx.1998-ci il tarixdə, anası isə xx.xx.2014-cü il tarixdə ölmüşlər. Atalıq faktının müəyyən edilməsi ona vərəsəlik hüquqlarının həyata keçirilməsi məsələsinin həll edilməsi üçün lazımdır. Atası ilə anasının rəsmi nikahı olmadığından onun atalığı müəyyən edilməmiş və doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanılmışdır. O, atalığının müəyyənləşdirilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, o ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasını tanımışdır. Ərizəçinin X2, anası X19 olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X15 ilə eynieyniməzmunlu ifadə vermişdir. İşdə olan X5 surətlərindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə, X11 xx.xx.1946cı ildə, X3 xx.xx.1953-cü ildə,X12 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Onların ana qrafasında X19 yazılmış, ata qrafası isə boş saxlanılmışdır. İşdə olan digər X10 surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Onun ana qrafasında X19, ata qrafasında isə X13 qeyd edilmişdir. İşdə olan X8 surətindən görünür ki, X13 xx.xx.1998-ci il tarixdə və X19 xx.xx.2004-cü il tarixdə ölmüşlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunun Nərimankənd kəndində ölmüş X6 ərizəçinin atası olmasının etiraf etməsi faktı sübut edilmişdir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunun Nərimankənd kəndində ölmüş X6 Ərizəçi atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar