Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-770/2024 17.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu ildə Gəncə şəhərində anadan olmuş qızı X7 bədbəxt hadisə (suda boğulma) səbəbindən xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 onun qızıdır. Qızı xx.xx.2019-cu ildə Gəncə şəhərində anadan olmuşdur. X12 xx.xx.2024-cü ildə Gədəbəy rayonu, Slavyanka kəndində bədbəxt hadisə (suda boğulma) səbəbindən vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə X1 qəbristanlığında dəfn edilmişdir. Onun ölümü ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin balanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin qızının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qızının xx.xx.2024-cü il tarixdə bədbəxt hadisə (suda boğulma) səbəbindən ölməsini atası X19 və qonşusu X17 da təsdiq edə bilər. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X10 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi ilə bir yerdə işləyirlər. X4 ərizəçinin qızıdır. X12 19 may 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində suda boğularaq vəfat etmiş və Gədəbəy rayonu, Slavyanka kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X6 məhkəmə iclasında X17 ilə eyni məzmunlu ifadə verərək X7 19 may 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində vəfat etdiyini və Gədəbəy rayonu, Slavyanka kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Şahverdiyev Məftun mübariz oğlunun xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Gədəbəy rayon prokurorluğuna Gədəbəy rayonu, Slavyanka kənd sakini xx.xx.2019-cu il təvəllüdlü X3 boğulmaqla ölməsi barədə məlumat daxil olmuş, bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, 05/-14/360/24 nömrəli məktubdan görünür ki, mərhum qızı X7 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş, X12 19 may 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində vəfat etmiş və Gədəbəy rayonu, Slavyanka kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 19 may 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X7 ölüm faktını təsdiq edən sənədlər olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X7 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2019-cu ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuş X7 19 may 2024cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində bədbəxt hadisə (suda boğulma) səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X9 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “19 may 2024-cü il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Slavyanka kəndi”, ölüm səbəbi kimi “bədbəxt hadisə (suda boğulma)” qeyd edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-770/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-770/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver