Məhkəmə qərarları › İş №2(042)-779/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-779/2022

15.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-779/2022 15.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş oğlu X4 xx.xx.2002-ci il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə verərək, oğlu oğlu X4 12 avqust 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, X2 xx.xx.1978-ci il tarixdə anadan olmaqla onun doğma oğludur. Oğlu ölənədək onlarla eyni evdə yaşamışdır. Oğlu R.Rüstəmovun səhətində olan xəstəliklə əlaqədar olaraq 12 avqust 2002-ci il tarixdə vəfat etmişdir. R.Rüstəmovu Gədəbəy rayonunun Novoivanovka kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlunun ölməsinə dair məlumatı kənd həkiminə və icra nümayəndəliyinə versə də oğluna aid şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün ölüm şəhadətnamə verilməmişdir. R.Rüstəmovun ölməsinə dair Novoivanovka kənd həkim məntəqəsində qeydlər aparılmışdır. O, oğlu R.Rüstəmova ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də oğlunun ölümünə dair ölüm haqqənda şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 05/Q-11-359 saylı imtina arayışı verilmiş və R.Rüstəmovun ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olacağı qeyd edilmişdir. Ona görə də, mərhum oğlu R.Rüstəmovun 12 avqust 2002-ci il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun həmkəndlisi və qonşusudur. X2 ərizəçinin oğludur. X9 12 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində vəfat etmiş və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X3 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verərək X4 12 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində vəfat etdiyini və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 290 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy RİH başçısının Novoivanovka kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərini əhatə edən 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 66-cı səhifəsində, 62 nömrəli şəxsi hesabına əsasən, qeydiyyatdadır. Hal-hazırda Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində vəfat etmişdir. Mərhumun qəbri Gədəbəy rayonu Novoivanovka kənd qəbiristanlığında yerləşir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 05/Q-11-359 nömrəli məktubdan görünür ki, mərhum oğlu X4 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan fotoşəkildən görünür ki, X4 qəbir daşında onun ölüm tarixi kimi xx.xx.2002ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonununda anadan olmuş, X9 12 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində vəfat etmiş və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 12 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1978-ci ildə Gədəbəy rayonunda anadan olmuş X4 12 avqust 2002-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X6 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “12 avqust 2002-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Novoivanovka kəndi”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar