Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-788/2025 23.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi haqqında ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı Mediator Bakı 8 saylı Mediasiyya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə aralarında bağlanmış 09 fevral 2023-cü il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 24 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2018ci il tarixdə X3 doğulmuşdur. Maraqlı şəxs ilə ilə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə faktiki ayrılmışlar. Aralarında uşaqla görüşlə əlaqədar xx.xx.2023-cü il tarixli Başışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il doğum tarixli X3 ilə həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan saat 17:00-dək sərbəsi görüşə bilər.Tərəflərin qarşılığı razılığı ilə uşaq atası ilə gecə də qala bilər. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun uşaqla görüşməsini təmin etməmişdir. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirak olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında uşaqla görüşlə əlaqədar barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məcəllənin 355-26.1.-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Məcəllənin 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş, tərəflər arasında uşaqla görüşlə əlaqədar barışıq sazişi imzalanmışdır. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPMnin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 09 fevral 2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-788/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-788/2025
23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver