Məhkəmə qərarları › İş №2(042)-814/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-814/2023

07.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-814/2023 07.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 11 dekabr 2021-ci il tarixdə bağlanmış Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün 150 (bir yüz əlli) manat alimenti ödəməyi öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda Şəmkir şəhərində ailə üzvlərində birlikdə yaşayır. Maraqlı şəxs ilə birgə ailə həyatlarından 08 yanvar 2018-ci ildə X7 adlı bir uşaqları doğulmuşdur. Onların rəsmi nikahları olmadığından Maraqlı şəxs ərizəsi əsasında azyaşlı uşaqlarının atalığı müəyyən edilmişdir. Maraqlı şəxsla aralarında baş vermiş narazılıqlara aörə ayrılmışlar. Şəmkir şəhərində mediator X2 iştirakı ilə bağladıqları 11 dekabr 2021-ci il tarixli, MŞİH-09359 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs 08 yanvar 2018-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşaqları üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1- ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, barışıq sazişi üzrə alimenti ödməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X7 08 yanvar 2018-ci tarixdə doğulmuş, atası qrafasında Maraqlı şəxs, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs 08 yanvar 2018-ci ildə Ərizəçi doğulmuş X3 atası hesab edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs saziş imzalandıqdan sonra 01 yanvar 2022-ci il tarixdən başlayaraq 08 yanvar 2018-ci il təvəllüdlü X1 üçün 18 yaşına çatanadək hər ay 150 (yüz əlli) manat aliment məbləğində vəsaiti Ərizəçi ödəyəcəyi, 08 yanvar 2018-ci il təvəllüdlü Yusif adlı uşaqla hər həftənin altıncı günü saat 12:00-dan bazar günü saat 10:00-a dək 1 (bir gün) qalmaq şərti ilə atası Maraqlı şəxs sərbəst ünsiyyətdə olmasına Ərizəçi etirazının olmaması barədə saziş bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Tərəflərin razılığı əsasında aliment hər ay bir uşaq üçün 150 manat miqdarında müəyyən edilmişdir. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Eləcə də, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli və barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 11 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi Maraqlı şəxs 01 yanvar 2022-ci il tarixdən başlayaraq 08 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Ərizəçi xeyrinə 150 manat aliment ödəməyi öhdəsinə götürməsi hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar