Məhkəmə qərarları › İş №2(042)-846/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-846/2024

04.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-846/2024 04.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs Şəmil oğlu xx.xx.2010cu il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəməyi xx.xx.2024-cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürür” şərtlərinin təsbit olunduğu o və Maraqlı şəxs Şəmil oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Şəmil oğlu onun keçmiş əridir. Maraqlı şəxslə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra xx.xx.2010-cu il doğum tarixli X4 Məhkəmənin qətnaməsi ilə onun himayəsində qalması və yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin Maraqlı şəxs Şəmil oğlundan tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra 2022-ci ildə alimentin miqdarının artırılması barədə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş və alimentin miqdarı artırılaraq 170 manat məbləğində təyin edilmişdir. O, alimentin miqdarının artırılaraq 300 manat təyin edilməsi barədə təkrar xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, o və Maraqlı şəxs Şəmil oğlu arasında xx.xx.2024- cü il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində MŞT/MT024/2024-00327 nömrəli barışıq sazişi imzalanmışdır. X6 əsasən o və Maraqlı şəxs Şəmil oğlu razılığa gəlmişlər. Razılığa əsasən, Maraqlı şəxs Şəmil oğlu xx.xx.2010-cu il doğum tarixli X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəməyi xx.xx.2024-cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürmüş, o isə övladı X5 ilə atası Maraqlı şəxs Şəmil oğlunun telefonla ünsiyyət qurmasına şərait yaratmağı öz üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən şərtlərə dair o və Maraqlı şəxs Şəmil oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan A bəndində nəzərdə tutulmuş şərt hal-hazıradək icra olunmamışdır. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət edilir. Odur ki, qeyd olunan barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan digər bəndinin (A) xüsusi icraat qaydasında baxılması və hüquqlarımın təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir. O, və Maraqlı şəxs Şəmil oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan A bəndində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər nəzərdə tutulmuşdur. xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişində nəzərdə tutulmuş xüsusi müddətlər tamamilə başa çatmışdır. Göstərilən bu müddət ərzində isə Maraqlı şəxs Şəmil oğlu tərəfindən sazişin A bəndində nəzərdə tutulmuş şərtlərin icrası istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə müraciət olunması məcburiyyəti yaranmışdır. Maraqlı şəxsə və əriəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin və ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 375/2023 saylı qətnaməsinə əsasən, 08 noyabr 2010-cu il tarixdə doğulmuş X1 üçün Gədəbəy rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 160 manat alimentin miqdarının artırılaraq hər ay 170 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Şəmil oğlu xx.xx.2010-cu il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəməyi xx.xx.2024-cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürür, Ərizəçi övladı X5 ilə atası Maraqlı şəxs Şəmil oğlunun telefonla ünsiyyət qurmasına şərait yaratmağı öz üzərinə öhdəlik götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Tərəflərin razılığı əsasında aliment hər ay bir uşaq üçün 200 manat miqdarında müəyyən edilmişdir. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Eləcə də, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli və barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi “Maraqlı şəxs Şəmil oğlunun xx.xx.2010-cu il doğum tarixli X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment ödəməyi xx.xx.2024-cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürməsi” hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar