Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-856/2025 01.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı dəyəri 800 manat olan qızıl-zinət əşyaları, dəyəri 12135 manat olan cehiz əşyaları və yanların dəyərinin və ödənidiyi dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2022-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Onların ailə münasibətlərindən bir övladları olmuşdur. Onlar əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında olan narazılıqlara görə ayrılmışlar. İddiaçı cavabdehlə ailə qurarkən cavabdeh tərəfindən ona dəyəri 500 manat olan bir ədəd 750 problu üzük, dəyəri 300 manat olan bir ədəd 585 problu üzük, dəyəri 2700 manat yataq dəsti,dəyəri 800 manat olan bir ədəd taxta döşək,bir ədəd yorğan,üzləri,iki ədəd yastıq, iki ədəd örtü,dəyəri 500 manat olan bir ədəd pərdə,dəyəri 200 manat olan bir ədəd çilçıraq,dəyəri 50 manat olan 2 ədəd ayı potası,dəyəri 100 manat olan bir ədəd xalça,dəyəri 220 manat olan bir ədəd tozsoran,dəyəri 40 manat olan bir ədəd ütü,dəyəri 200 manat olan beş ədəd qazan dəsti,dəyəri 50 manat olan bir ədəd tava,dəyəri 30 manat olan bir ədəd taxta qaşıq dəsti,dəyəri 45 manat olan 3 ədəd patnos,dəyəri 30 manat olan 6 ədəd boş qabı, tort kəsən və götürən bıçağ,dəyəri 100 manat olan 6 ədəd stəkan,dəyəri 100 manat olan üç ədəd ləyən,üç ədəd qazan və bir ədəd vedrə,dəyəri 120 manat olan altı ədəd çay staəkanı və altı ədəd nəlbəki, dəyəri 100 manat olan iki ədəd bədən məhrabası,altı ədəd əl-üz məhrabası,altı ədəd stəkan məhrabası,dəyəri 60 manat olan bir ədəd hamam saç məhrabası, dəyəri 500 manat olan iki ədəd tək çarpayı,dəyəri 800 manat olan dörd ədəd döşək,dord ədəd yorğan,dörd ədəd yastıq cə üzlükləri,dəyəri 200 manat olan iki ədəd odiyal,dəyəri 500 manat olan bir ədəd palto,bir ədəd gödəkçə,bir cüt ayaqqabı,iki cüt pasanoşka, bir cüt başmaq, iki ədəd don, iki ədəd şalvarlar, idman dəstləri,dəyəri 50 manat olan altı ədəd döşəkcə,dəyəri 150 manat olan uşaq beşiyi,dəyəri 40 manat olan uşaq üçün vanna, dəyəri 300 manat uşaq çarpayı, dəyəri 100 manat olan uşaq paltarları dəyəri 40 manat olan iki ədəd uşaq odyalı, dəyəri 200 manat olan kosmetika dəsti və fenlər,dəyəri 700 manat olan bir ədəd M12 telefon, dəyəri 10 manat olan 2 kq yun, dəyəri 250 manat olan bir ədəd uşaq kolyaskası,dəyəri 300 manat olan bir ədəd qaz peçi,dəyəri 800 manat olan bir ədəd soyducu,dəyəri 750 manat olan bir ədəd paltaryuyan maşının və ya onlardan hər hansı birinin naturada verılməsi mümkün olmadıqda isə dəyərinin və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Paltaryuyan maşın, soyuducu və sobanın markalarını bilmir. Həmin əşyaları cavabdeh iddiaçı üçün almışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X4 iddia tələbini qismən etiraf etmiş, izahat verərək, bildimişdir ki, cavabdeh və iddiaçı 2022-ci ildə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən bir uşaqları olmuşdur. İddiaçıya məxsus cehiz əşyaları həqiqətən hazırda onların evindədir. Lakin iddiaçı iddia ərizəsində cehiz əşyalarının sayını çoxaltmışdır. Bundan başqa, o, evdə işlətmək üçün soyuducu, paltaryuyan maşın və qaz sobası almışdır. Bu əşyaları iddiaçıya hədiyyə etməmişdir. İddiaçıya məxsus yataq dəsti, bir ədəd pərdə, bir ədəd çilçıraq, iki ədəd ayı potası, bir ədəd xalça, bir ədəd tozsoran, bir ədəd ütü, bir ədəd tava, üç ədəd podnos, 6 ədəd boşqab, tort kəsən və götürən bıçaq, altı ədəd çay stəkan və altı ədəd nəlbəki, bir ədəd hamam saç məhrabası, iki ədəd tək çarpayı, dörd ədəd döşək,dord ədəd yorğan,dörd ədəd yastıq və üzlükləri, iki ədəd odiyal, altı ədəd döşəkcə,bir ədəd uşaq beşiyi, iki ədəd uşaq odyalı, uşaq üçün vanna dəsti və əlavə vanna, 2 kq yun, taxt döşəyi bir ədəd, dörd ədəd qazan dəsti, iki ədəd bədən məhrabası, bir ədəd palto hazırda evdədir və həmin əşyaları iddiaçıya qaytarmağa razıdır. Eyni zamanda, iddiaçıtya məxsus qızıl-zinət əşyalarını da qaytarmışdır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cəmi, 124 manat məhkəmə xərci çəkilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2022-ci ildə nikah bağlamadan ailə qurmuşlar.Tərəflər arasında olan ailə münasibətlərinə xitam verildikdən sonra iddaçı valideynlərinin evinə getmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf etmiş, iddiaçıya məxsus yataq dəsti, bir ədəd pərdə, bir ədəd çilçıraq, iki ədəd ayı potası, bir ədəd xalça, bir ədəd tozsoran, bir ədəd ütü, bir ədəd tava, üç ədəd podnos, 6 ədəd boşqab, tort kəsən və götürən bıçaq, altı ədəd çay stəkan və altı ədəd nəlbəki, bir ədəd hamam saç məhrabası, iki ədəd tək çarpayı, dörd ədəd döşək,dord ədəd yorğan,dörd ədəd yastıq və üzlükləri, iki ədəd odiyal, altı ədəd döşəkcə,bir ədəd uşaq beşiyi, iki ədəd uşaq odyalı, uşaq üçün vanna dəsti və əlavə vanna, 2 kq yun, taxt döşəyi bir ədəd, dörd ədəd qazan dəsti, iki ədəd bədən məhrabası, bir ədəd paltonu iddiaçıya qaytarmağa razı olduğunu bildirmiş, qızıl-zinət əşyalarını iddiaçının nümayəndəsinə təqdim etmişdir. İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia ərizəsi cavabdehin iddia tələbini etiraf etdiyi həddə təmin edilməli, iddiaçıya məxsus cehiz əşyalarının və çəkilmiş məhkəmə xərclərinin əvəzi olan 124 manat cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh dəyəri 2700 manat yataq dəsti, dəyəri 500 manat olan bir ədəd pərdə, dəyəri 200 manat olan bir ədəd çilçıraq, dəyəri 50 manat olan iki ədəd ayı potası, dəyəri 100 manat olan bir ədəd xalça, dəyəri 220 manat olan bir ədəd tozsoran, dəyəri 40 manat olan bir ədəd ütü, dəyəri 50 manat olan bir ədəd tava, dəyəri 45 manat olan üç ədəd podnos, dəyəri 30 manat olan 6 ədəd boşqab, tort kəsən və götürən bıçaq, dəyəri 120 manat olan altı ədəd çay stəkan və altı ədəd nəlbəki, dəyəri 60 manat olan bir ədəd hamam saç məhrabası, dəyəri 500 manat olan iki ədəd tək çarpayı,dəyəri 800 manat olan dörd ədəd döşək,dord ədəd yorğan,dörd ədəd yastıq və üzlükləri, dəyəri 200 manat olan iki ədəd odyal, dəyəri 50 manat olan altı ədəd döşəkcə, dəyəri 150 manat olan bir ədəd uşaq beşiyi, dəyəri 40 manat olan uşaq üçün vanna dəsti və əlavə vanna, dəyəri 40 manat olan iki ədəd uşaq odyalı, dəyəri 10 manat olan 2 kq yun, bir ədəd taxt döşəyi, dörd ədəd qazan dəsti, iki ədəd bədən məhrabası, bir ədəd palto və onların dəyəri, o cümlədən, cəmi, 124 manat məhkəmə xərclərinin əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-856/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-856/2025
01.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver