Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-864/2022 03.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1965-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş qardaşı X4 xx.xx.2000-ci il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, mərhum qardaşı X9 1965-ci il tarixdə anadan olmaqla Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşamış və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Mərhum S.Musayev anadan gəlmə əlil olmuş və ona ilkin doğum haqqında şəhadətnamə alınmamışdır. S.Musayev xx.xx.2000-ci il tarixdə vəfat etmiş və Gədəbəy rayonu, Qoşabulaq kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qardaşının ölməsinə dair məlumatı kənd həkiminə və icra nümayəndəliyinə versə də lakin qardaşına aid şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda mərhum qardaşının adına torpaq sahəsi vardır. Həmin torpaq sahəsini adına rəsmiləşdirmək istəyir. Qardaşı S.Musayevin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün həmin torpaq sənədini rəsimləşdirmək mümkün deyildir. S.Musayevə ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də ona qardaşının ölümünə dair ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, 05/Q-11-321 saylı imtina məktubu verilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Ərizəçi onun əmisi oğludur. Ərizəçinin qardaşı X9 olmuşdur. S.Musayev anadan gəlmiş xəstə olmuşdur. X9 xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Dəfndə o da iştirak etmişdir. X2 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verərək X4 xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İşdə olan ərizəçiyə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Musayev X7 rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 177 saylı arayışdan görünür ki, Musayev X7 rayonu İcra Hakimiyyəti başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində 06 nömrəli təsərrüfatbaşına kitabın 01-ci səhifəsində 437 nömrəli şəxsi hesaba əsasən, Gədəbəy RİH başçısının Qoşabulaq kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-11-321 nömrəli məktubdan görünür ki, mərhum qardaşı X4 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığına görə Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-425 nömrəli məktubdan görünür ki, X4 1965-ci il tarixdə doğulmasına dair Gədəbəy rayonu, Qoşabulaq kənd İƏD-də və Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. İşdə olan fotoşəkildən görünür ki, X4 qəbir daşında onun ölüm tarixi kimi 2000-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1965-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş, X9 xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində vəfat etmişdir. Onun xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X4 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, X4 ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X4 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1965-ci Gədəbəy rayonu, Qoşabulaq kəndində anadan olmuş X4 04 fevral 2000-ci ildə Gədəbəy rayonu, Qoşabulaq kəndində xəstəlik səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X8 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “04 fevral 2000-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Qoşabulaq kəndi”, ölüm səbəbi kimi “xəstəlik” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-864/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-864/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver