Məhkəmə qərarları › İş №2(042)-873/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-873/2024

12.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-873/2024 12.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs xx.xx.2023-cü il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimenti ödəməyi və cehiz əşyalarının yaşadığı evdən çıxarılması öz üzərinə öhdəlik götürür” şərtlərinin təsbit olunduğu o və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun keçmiş əridir. Cavabdehlə aralarında rəsmi nikah olmamışdır. xx.xx.2023-cü il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. O və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində MŞT/MT024/2024-0228 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən o və Maraqlı şəxs ilə - “Maraqlı şəxs xx.xx.2023-cü il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimenti 20 mart 2024-cü il tarixdən ödəməyi öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs övladı X3 ilə 10 (on) gündə bir dəfə saat 12.00dan – 14.00-dək görüşməsini ana – Ərizəçi öz üzərinə öhdəlik götürməsi Ərizəçi məxsus cehiz əşyalarının Maraqlı şəxs yaşadığı evdən çıxarılmasına Maraqlı şəxs razı olması” barədə razılığa gəlmişlər. Göstərilən şərtlərə dair o və Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş şərt hal-hazıradək tamamilə icra olunmamışdır. Belə ki, Maraqlı şəxs iki dəfə olmaqla birinci dəfə 140 (bir yüz qırx) manat, ikinci dəfə isə 200 (iki yüz) manat məbləğində aliment köçürtmüş və cehiz əşyalarının yaşadığı evdən çıxarılmasına icazə verməmişdir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunan barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan digər bəndlərinin (1 və 2) xüsusi icraat qaydasında baxılması və hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir. O, və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan 1 və 2 bəndlərində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişində nəzərdə tutulmuş xüsusi müddətlər tamamilə başa çatmışdır. Göstərilən bu müddət ərzində isə Maraqlı şəxs tərəfindən sazişin 1 və 2 bəndlərində nəzərdə tutulmuş şərtlərin icrası istiqamətində heç bir addım atılmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonunda doğulmuş, atası qrafasında Maraqlı şəxs, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs və Ərizəçi - “Maraqlı şəxs xx.xx.2023-cü il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimenti 20 mart 2024cü il tarixdən ödəməyi öz üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs övladı X3 ilə 10 (on) gündə bir dəfə saat 12.00-dan – 14.00-dək görüşməsini ana – Ərizəçi öz üzərinə öhdəlik götürməsi Ərizəçi məxsus cehiz əşyalarının Maraqlı şəxs yaşadığı evdən çıxarılmasına Maraqlı şəxs razı olması” - barədə barışıq sazişi bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Tərəflərin razılığı əsasında maraqlı şəxs uşağın saxlanılması üçün 300 manat aliment ödəməyi və cehiz əşyalarının yaşadığı evdən çıxarılmasına razı olması müəyyən edilmişdir. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Eləcə də, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli və barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi “Maraqlı şəxs xx.xx.2023-cü il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimenti 20 mart 2024-cü il tarixdən ödəməyi öz üzərinə öhdəlik götürməsi və Ərizəçi məxsus cehiz əşyalarının Maraqlı şəxs yaşadığı evdən çıxarılmasına Maraqlı şəxs razı olması” hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar