Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-874/2023 10.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1957-ci ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş anası X3 infarkt(ürək tutması) səbəbindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X5 onun anası olmuşdur.. Anası 01 aprel 1957-ci il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu rayonunda infarkt səbəbindən ölmüşdür. Mərhum anası X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir. O, mərhum anasına X7 almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona anasının ölümünü təsdiq edən təbbi sənədlər olmadığı üçün ona X7 verməkdən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Anasının ölümü ilə bağlı təcili-tibbi yardımın ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. X7 alınması ona sosial hüquqlarının həyata keçirilməsi məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X2 Surətindən görünür ki, Ərizəçi atası X9, anası isə X5 olmuşdur. İşdə olan qəbirdaşının şəklindən görünür ki, X5 xx.xx.1957-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİHB Gədəbəy şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi mərhum anası X1 şəhərində qeydiyyatda durmuş və xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Təcili və X4 X8 Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə təcili-tibbi yardıma xəbər edilməsindən sonra təcili-tibbi yardımın əməkdaşları xəstə X3 yanına gəlmişlər. Lakin onun sağalması mümkün olmamış və həmin tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1957-ci ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1957-ci ildə doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunnda infarkt səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1957-ci ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda infarkt nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-874/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-874/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver