Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-880/2021 25.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, XX.XX.1928-ci ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş X3 20.07.2020-ci ildə Bakı şəhərində qocalıq səbəbindən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq göstərdi ki, X7 onun anasıdır. Anası XX.XX.1928-ci ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuşdur. Anası 20 iyul 2020-ci ildə Bakı şəhərində qoçaqlıq səbəbindən vəfat etmişdir. 21 iyul 2020-ci ildə Qızılqaya kənd qəbristanlığında dəfn edilmişdir. O, anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin anasının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X7 ərizəçinin anasıdır. X7 20.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Qızılqaya kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X2 məhkəmə iclasında X8 ilə eyni məzmunlu ifadə verərək X3 20.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etdiyini və Gədəbəy rayonu, Qızılqaya kənd qəbiristanlığında dəfn olunduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.07.2021-ci il tarixli, 188 saylı arayışdan görünür ki, Həsənov X11 RİHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Nümayəndəliyin Qızılqaya kəndində yaşayır. İşdə olan 24 iyul 2021-ci il tarixli qonşuluq aktından görünür ki, X7 20 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və 21 iyul 2020-ci il tarixdə Qızılqaya kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X10, anası qrafasında X7 qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 23.07.2021-ci il tarixli, 05/369 nömrəli məktubdan görünür ki, mərhum anası X4 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan fotoşəkildən görünür ki, X3 qəbir daşında onun ölüm tarixi kimi 21.07.2020ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 1928-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, X7 20 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Qızılqaya kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 20 iyul 2020-ci il tarixdə Bakı şəhərində ölməsi şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1928-ci ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş X3 20.07.2020-ci ildə Bakı şəhərində qocalıq səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X5 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “20 iyul 2020-ci il”, öldüyü yer kimi “Bakı şəhəri”, ölüm səbəbi kimi “qocalıq” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-880/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-880/2021
25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver