Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-883/2024 23.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda görə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən onun icazəsi olmadan istifadəsinə görə əldən çıxmış faydanı hesbalamaq şərti ilə ona çatası 950 manatın və ödənilmiş 30 manat dövlət rüsmunun alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 11 saylı ərazi tərəfindən xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********4910301 çıxarış əsasında 0.18 ha xüsusi mülkiyyət və xx.xx.2022-ci il tarixli reyster nömrəli **********73 çıxarış əsasında 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrini Cavabdeh onun icazəsi olmadan 2022, 2023 və 2024-cü illərdə 0.09 ha hissəyə taxıl məhsulu və digər həyətyanı torpaq sahəsinə isə kartof məhsulu səpərək özü üçün istifadə edir. O, cavabdehə ona məxsus torpaq sahələrini boşaldılmasını təklif etsə də bu mümkün olmamışdır. Odur ki, onun mülkiyyətində olan torpaq sahələrindən cavabdehin özbaşına istifadə etməsinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, həmin torpaq sahələrindən illik məhsurdarlıq barədə kənd təsərüfatı idarəsindən rəy, taxıl və kartof məhsulunun bazar qiymətinə uyğun arayışlar almış və iddia ərizəmə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, əri X3 adına olan və naturada bölünərək ayrılmış torpaq sahəsini əkib-becərmişdir. İddiaçıya məxsus torpaq sahəsini əkməmişdir. 2 ildir ki, ərinə məxsus torpaq sahəsini əkir. Bundan əvvəl həmin torpaq sahəsini iddiaçının qızı əkmişdir. İddiaçı öz payına düşən hissəni özü əkmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında bildirdi ki, cavabdeh dayısının arvadıdır. İddiaçı isə anasıdır. O, mübahisəli torpaq sahəsini heç vaxt əkməmişdir. Mübahisəli torpaq sahəsini cavabdeh əkir. Cavabdeh həyətyanı torpaq sahəsinə kartof, çöl torpaq sahəsinə isə taxıl əkmişdir. Cavabdeh 3 ildir ki həmin torpaq sahələrini əkib-becərir. X2 məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********73 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy şəhərində yerləşən 0.0996 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/6 hissəsi İddiaçı adına daşınmaz dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. 1/6 hissəsi açıq saxlanmışdır. xx.xx.2022-ci il tarixdə isə açıq saxlanmış 1/6 hissə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46.80 kv.m fərdi yaşayış evi və 0.18 ha torpaq sahəsinin 5/6 hissəsi İddiaçı adına daşınmaz dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. 1/6 hissəsi açıq saxlanmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-434/2022 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, X3 və İddiaçı ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən iddiaçı X3 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması qət edilmişdir. İşdə olan Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 12 may 2024-cü il tarixli rəydən görünür ki, İddiaçı müraciəti əsasında sonuncuya məxsus torpaq sahələrinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ərazilərdən 0.09 ha torpaq sahəsinə taxıl, 0.06 ha torpaq sahəsinə kartof məhsulu əkilmişdir. Beləliklə 0.09 ha taxıl sahəsində 240-260 kq taxıl məhsulu, 0.06 ha kartof sahəsindən 420-450 kq kartof məhsulu əldə etmək mümkündür. İşdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, 2022-ci il də 1 kq taxılın qiyməti 0.30-0.40 manat, 1 kq kartofun qiyməti 0.50-0.60 manat, 2023-cü ildə 1 kq taxılın qiyməti 0.40-0.45 manat, 1 kq kartofun qiyməti 0.60-0.70 manat, 2024-cü ildə 1 kq taxılın qiyməti 0.50-0.60 manat, 1 kq kartofun qiyməti 0.70-0.80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahələrinin ona məxsus olmasını, həmin torpaq sahələrində cavabdeh tərəfindən əkin işləri aparılmasını, bunun nəticəsində ona maddi ziyan dəyməsini və bu ziyanın vurulmasında cavabdehin hüquqazidd hərəkətlərinin olmasını sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki mübahisəli 0.0996 ha və 0.18 ha torpaq sahələri 5/6 hissədə iddiaçının mülkiyyətindədir. Həmin iddiaçıya məxsus torpaq sahələrində cavabdeh tərəfindən heç bir istifadə hüquq olmadan 2022, 2023 və 2024-cü illərdə taxıl və kartof məhsullarının əkilməsi tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən edilmişdir. Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş rəyə əsasən, İddiaçı müraciəti əsasında sonuncuya məxsus torpaq sahələrinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ərazilərdən 0.09 ha torpaq sahəsinə taxıl, 0.06 ha torpaq sahəsinə kartof məhsulu əkilmişdir. Həmin rəyə əsasən, 0.09 ha taxıl sahəsindən 240-260 kq taxıl məhsulu, 0.06 ha (0.18 ha) kartof sahəsindən 420-450 kq kartof məhsulu əldə etmək mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qeyd edilən hüquqazidd hərəkətləri nəticəsində ona əldən çıxmış fayda olaraq vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği məsələsini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli qiymətləndirmə barədə arayışda qeyd edilmiş qiymətlərin aşağı həddi, eləcə də Gədəbəy rayon X10 rəyində əldə edilməsi mümkün olan məhsulların aşağı çəkisi əsas götürülməlidir. Bu hesabla mübahisəli torpaq sahələrində 2022-ci il üzrə taxıl məhsulundan 72 manat (240 x 0.3 =72), kartof məhsulundan 210 manat (420 x 0.50 = 210), 2023-cü il üzrə taxıl məhsulundan 96 manat (240 x 0.40 = 96), kartof məhsulundan 252 manat (420 x 0.60 = 252), 2024-cü il üzrə taxıl məhsulundan 120 manat (240 x 0.50 =120), kartof məhsulundan 294 manat (420 x 0.70 = 294) olmaqla, ümumilikdə 1044 manat qazanc əldə etmək olardı. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahələrində 2022, 2023 və 2024-cü illər üzrə aparılmış qanunsuz əkin işlərinə görə iddiaçıya əldən çıxmış fayda olmaqla 1044 manat ziyan vurması müəyyən edilsə də, məhkəmə tərəflərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan iddiaçının tələb etdiyi 950 manat məbləğində pulun cavabdehdən tutulması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 950 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 950 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 980 (doqquz yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-883/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-883/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver