Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-927/2022 12.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Çanaqçı kəndində anadan olmuş X3 intihar etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlarla eyni məzmunlu izahat verərək göstərdi ki, X6 onun qardaşıdır. Qardaşı xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Ağamalı (indiki Çanaqçı) kəndində anadan olmuşdur. Qardaşı 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmişdir. X6 xx.xx.2022-ci ildə Çanaqçı kəndində yaşadıqları evin həyətindəki çardaqda özünü kəndirlə asaraq öldürmüşdür. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X1 qəbiristanlığında dəfn edilmişdir. O, qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin qardaşının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs qardaşına ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi xx xxx 2002-ci il tarixdə, X6 xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuşlar, ataları qrafasında X7, anaları qrafasında X9 qeyd edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 02 aprel 2022-ci il tarixdə, saat 07:30-da Gədəbəy rayon Polis şöbəsinin növbətçi hissəsindən Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayan xx.xx.2001-ci il təvəllüdlü X3 yaşadığı evin həyətindən yerləşən çardaqda boynundan iplə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə Gədəbəy rayon prokurorluğuna məlumat daxil olmuş, faktla bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan SX № ******* seriyalı hərbi biletin surətindən görünür ki, X6 xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə N N-li hərbi hissənin tərkibində Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları istiqamətlərində döyüş əməliyyatında iştirak etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 19 avqust 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndində anadan olmuş X3 ölmələrinə dair Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X6 xx.xx.2001-ci ildə Gədəbəy rayonu, Ağamalı (indiki Çanaqçı) kəndində anadan olmuşdur. O, intihar etməsi nəticəsində xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndində vəfat etmişdir. Onun xx.xx.2022-ci il tarixdə intihar etməsi nəticəsində ölməsi ərizəçinin izahatı və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölüm faktını təsdiq edən sənədlər olmadığına görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 21 aprel 2001-ci ildə Gədəbəy rayonu, Çanaqçı (əvvəlki Ağamalı) kəndində anadan olmuş X3 02 aprel 2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndində intihar etməsi nəticəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X4 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “02 aprel 2022-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Çanaqçı kəndi”, ölüm səbəbi kimi “intihar etməsi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-927/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-927/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver