Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-939/2022 19.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1960-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş atası X2 xx.xx.2009-cu il tarixdə ölməsi (vəfat etməsi) faktının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, mərhum atası X5 xx.xx.1960-ci il tarixdə anadan olmaqla Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış və xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhum atası Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn olunmuşdur. Atasının ölməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X12 Stansiyası tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 1491 saylı arayışında qeyd edilmişdir ki, alkoqol sərxoşluq nəticəsində başın alın əngə nahiyyəsində kəsilmiş və əzilmiş yarası nəticəsində ölməsi diaqnozu verilmişdir. Həmin vaxt atasının ölməsinə dair məlumatı anası kənd həkimə və icra nümayəndəliyinə vermədiyi üçün atasına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda atasının ölüm haqında şəhadətnaməsi ona lazımdır. O, mərhum atası İ.Mustafayevə ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də ona atasının ölümünə dair ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, 05/Q-11-473 saylı imtina məktubu verilmiş və atası İ.Mustafayevin ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsini mümkün olacağı bildirilmişdir. Ona görə də, mərhum atası İ.Mustafayevin xx.xx.2009-cu il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, Ərizəçi tanıyır. Ərizəçi onun həmkəndlisidir. X1 ərizəçinin atasıdır. X5 xx.xx.2009-cu ildə Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. X4 məhkəmə iclasında X20 ilə eyni məzmunlu ifadə verərək X2 xx.xx.2009-cu ildə Gəncə şəhərində vəfat etdiyini təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 378 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1984-ci ildə Gədəbəy rayonunda anadan olmuş, atası qrafasında X5 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 nikahlarını 29 sentyabr 2007-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mehdiyev, arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan Gədəbəy rayonu, Novoivanovka kənd sakinləri X14, X10 və X11 iştirakları ilə tərtib edilmiş və Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 avqust 2022-ci il tarixli, aktdan görünür ki, X5 15 noyabr 2009cu il tarixdə vəfat etmişdir. Qəbri Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında yerləşir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli, 05/Q-11-473 nömrəli məktubdan görünür ki, mərhum atası X2 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı səbəbdən Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Təcili və X8 Stansiyası tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 1491 saylı məlumatın surətindən görünür ki, X3 başın alın və əngə nahiyyəsində kəsilmiş və əzilmiş yarası, beyin silkələnməsi diaqnozu qoymulmuşdur. İşdə olan fotoşəkildən görünür ki, X2 qəbir daşında onun ölüm tarixi kimi 15 noyabr 2009-cu il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1960-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş, X5 15 noyabr 2009-cu il tarixdə Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu, Novoivanovka kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 15 noyabr 2009-cu il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X2 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X2 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 09 avqust 1960-cı ildə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olmuş X2 15 noyabr 2009-cu il tarixdə Gəncə şəhərində “başın alın və əngə nahiyyəsində kəsilmiş və əzilmiş yarası, beyin silkələnməsi” səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X3 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “15 noyabr 2009-cu il”, öldüyü yer kimi “Gəncə şəhəri”, ölüm səbəbi kimi “başın alın və əngə nahiyyəsində kəsilmiş və əzilmiş yarası, beyin silkələnməsi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-939/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-939/2022
19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver