Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-955/2023 01.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2015-ci ilin avqust ayında qeyri-rəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il doğum tarixdə X6 və xx.xx.2018-ci il doğum tarixdə X4 doğulmuşlar. Uşaqlarının atalığı müəyyən edilmişdir. Maraqlı şəxs ilə əvvəllər normal ailə münasibətlərində yaşasa da, sonradan aralarında baş verən narazılığa görə faktiki ayrılmışlar. 2023-cü ilin iyun ayının əvvəlində o, Maraqlı şəxs aliment almaq üçün ona mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. 17 iyun 2023-cü il tarixdə onlar ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşlar. Həmin vaxt Maraqlı şəxs ona mediasiya təklifində göstərdiyi miqdarda, yəni hər ay hər bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda mediasiya prosesi zamanı Maraqlı şəxs onunla barışmaq, ailəsini bərpa etmək istədiyi bildirmiş və ailə münasibətləri pozulacağı təqdirdə alimenti ödəyəcəyini bildirmişdir. Bu məqsədlə mediasiya prosesi zamanı aralarında barışıq sazişi imzalanmışdır. Onlar Bakı şəhərində yaşamağa davam etmişlər. Lakin onların ailə münasibətləri davam etməmiş, çox qısa müddətdə, yəni 2023-cü ilin avqust ayının əvvəlində Maraqlı şəxs onunla yenə ailə münaqişəsi yaradaraq, onu Gədəbəy rayoununda yerləşən atası evinə göndərmişdir. Artıq onların ailə münaasibətləri tamamilə pozulmuşdur. Hal-hazırda iki azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Ailə münasibətləri pozulmasına baxmayaraq, Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir. O, barışıq sazişinin könüllü icrasından imtina etmişdir. Odur ki, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizəyə etiraz göndərmiş və etirazda bildirmişdir ki, Ərizəçi heç bir səbəb olmadan atası evinə getmişdir. O, işləyir və hər ay 595 manat əmək haqqı alır. Ərizəçi isə ondan hər uşaq üçün 220 manat olmaqla, 440 manat aliment tələb edir. O, həmin məbləğlə razı deyildir. Ona görə də əmək haqqının nəzərə alınaraq hər bur uşaq üçün 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. Maraqlı şəxs məhkəmə iclasının yeri və baxtı barəsində lazimi qaydada məlumat veriləsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətlərindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə, X4 xx.xx.2018-ci il tarixdə doğulmuş, ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş, tərəflər arasında barışıqı sazişi imzalanmış, barışıq sazişinin şərtlərinə əsasən, tərəflər arasında ailə münasibətləri pozulacağı təqdirdə həmin gündüən etibarən Maraqlı şəxs xx.xx.2016-cı il doğum tarixli X3 və xx.xx.2018-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üşün 220 manat olamqla iki uşaq üçün 440 manat alimenti ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublilkası “Tibi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik püquqi şəxs “X9” publik püquqi şəxs tərəfindən verilimş xx.xx.2023-cü il tarixli arayışn surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək “X9” publik püquqi şəxsin İdarəetmə aparatında direktorun köməkçisi vəzifəsində işləyir, aylıq gəliri 716 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məcəllənin 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məcəllənin 355-26.1.-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Məcəllənin 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, Maraqlı şəxs Ərizəçi mediasiya təklifini qəbul etmiş, tərəflər arasında barışıqı sazişi imzalanmış, tərəflər arasında ailə münasibətləri pozularsa, tərəflərin razılığı əsasında aliment hər ay hər uşaq üçün 220 manat, cəmi, 440 manat miqdarında müəyyən edilmişdir. Lakin barışıq sazişi bağlandıqdan sonra tərəflər arasında ailə münasibətləri pozulmuş, Maraqlı şəxs öhdəliklərini yerinə yetirməmişdir. Maraqlı şəxs etiraz ərizəsi verərək hər ay hər bir uşaq üçün 220 manat aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də ərizə təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş X6 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi, 440 manat miqdarında aliment ödənilməsi haqqında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-955/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-955/2023
01.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver