Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-958/2021 24.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən ona məxsus, ümumi dəyəri 20430 manat olan qızıl-zinət əşyalarının və iddia ərizəsində göstərdiyi əmlakın və ya onların dəyərinin alınaraq, verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaltmış, cavabdehdən dəyəri 250 manat olan qazan dəsti, dəyəri 180 manat olan qalaksi qazan dəsti, dəyəri 30 manat olan nikkelli qazan dəsti, dəyəri 200 manat olan Bagema kompotnsa dəsti, dəyəri 120 manat olan Bagema qənd qabı 2 ədəd, dəyəri 150 manat olan Bagema bakal dəsti, dəyəri 170 manat olan Bagema gül qabı, dəyəri 150 manat olan qaşıq, bıçaq, çəngəl dəsti, dəyəri 25 manat olan 12 ədəd xrustal bakallar, dəyəri 55 manat manat olan 48 ədəd boşqab dəsti, dəyəri 80 manat olan 24 ədəd xrustal stəkan, dəyəri 35 manat olan 24 ədəd nəlbəki, dəyəri 75 manat olan mətbəx naboru, dəyəri, 120 manat olan ətçəkən maşın, dəyəri 380 manat olan 8 ədəd pastel, dəyəri 200 manat olan dəsmal dəstləri, dəyəri 150 manat olan divanüstü dəst, dəyəri 50 manat olan çay dəsmalları, dəyəri 350 manat olan 24 ədəd süfrə, dəyəri 50 manat olan divar saatı, dəyəri, 700 manat olan mətbəx mebeli, dəyəri 1500 manat olan divan-kreslo-mebel dəsti, dəyəri 750 manat olan iran gəvəsi, dəyəri 1200 manat olan LG paltaryuyan, dəyəri 700 manat olan LG televizor və dəyəri 65 manat olan şirəçəkənin və ya onların ümumi dəyərinin cavabdehdən alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə etmiş izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 2013-ci il tarixdə faktiki olaraq evlənmişdir. Cavabdehlə bir ailədə 2021ci ilədək yaşamışlar. Cavabdeh ilə birlikdə yaşadıqları dövrdə aralarında narazılıqlar olmuş və bu səbəbdən 2021-ci ildə valideynlərinin evinə getmişdir. Cavabdehin evinə gəlin köçən zaman ona hədiyyə edilmiş cehiz əşyaları cavabdehə məxsus evdə qalmışdır. O, cavabdehlə ayrılarkən cehiz əşyalarının böyük hissəsini aparsa da bəzi əşyalar cavabdehin evində qalmışdır. Hazırda ona məxsus dəyəri 250 manat olan qazan dəsti, dəyəri 180 manat olan qalaksi qazan dəsti, dəyəri 30 manat olan nikkelli qazan dəsti, dəyəri 200 manat olan Bagema kompotnisa dəsti, dəyəri 120 manat olan Bagema qənd qabı 2 ədəd, dəyəri 150 manat olan Bagema bakal dəsti, dəyəri 170 manat olan Bagema gül qabı, dəyəri 150 manat olan qaşıq, bıçaq, çəngəl dəsti, dəyəri 25 manat olan 12 ədəd xrustal bakallar, dəyəri 55 manat manat olan 48 ədəd boşqab dəsti, dəyəri 80 manat olan 24 ədəd xrustal stəkan, dəyəri 35 manat olan 24 ədəd nəlbəki, dəyəri 75 manat olan mətbəx naboru, dəyəri, 120 manat olan ətçəkən maşın, dəyəri 380 manat olan 8 ədəd pastel, dəyəri 200 manat olan dəsmal dəstləri, dəyəri 150 manat olan divanüstü dəst, dəyəri 50 manat olan çay dəsmalları, dəyəri 350 manat olan 24 ədəd süfrə, dəyəri 50 manat olan divar saatı, dəyəri, 700 manat olan mətbəx mebeli, dəyəri 1500 manat olan divan-kreslo-mebel dəsti, dəyəri 750 manat olan İran gəvəsi, dəyəri 1200 manat olan LG paltaryuyan, dəyəri 700 manat olan LG televizor və dəyəri 65 manat olan şirəçəkən cavabdehdə qalmışdır. O, dəfələrlə əmlakın verilməsini tələb etsə də cavabdeh ona məxsus əmlakı verməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdehin aralarında narazılıq olmuş, iddiaçı 166 yükdaşıma xidmətindən avtomobil çağırmış və özünə məxsus bütün əmlakı aparmışdır. Hazırda iddiaçının cavabdehə məxsus fərdi yaşayış evində heç bir əmlakı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, iddiaçının bacısıdır. Tərəflər arasında 2013-ci il tarixdə el adəti ilə toy olmuş, iddiaçının valideynləri tərəfindən iddiaçıya cehiz əşyaları hədiyyə edilmişdir. Lakin 2021-ci il tarixdə iddiaçı əmlakının bir hissəsini valideynlərinin evinə gətirmiş, qazan dəstləri, Bagema kompotnsa dəsti, Bagema qənd qabı, Bagema bakal dəsti, Bagema gül qabı, qaşıq, bıçaq, çəngəl dəsti, xrustal bakallar, boşqab dəsti, xrustal stəkan, nəlbəki, mətbəx naboru, ətçəkən maşın, pastel, dəsmal dəstləri, divanüstü dəst, çay dəsmalları, 24 ədəd süfrə, divar saatı, dəyəri, 700 manat olan mətbəx mebeli, dəyəri 1500 manat olan divan kreslo mebel dəsti, dəyəri 750 manat olan iran gəvəsi, dəyəri 1200 manat olan LG paltaryuyan, dəyəri 700 manat olan LG televizor və şirəçəkən cavabdehdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, tərəflər arasında narazılıq olmuş, iddiaçı 166 yükdaşıma xidmətindən avtomobil çağırmış və özünə məxsus bütün əmlakı aparmışdır. İddiaçının cehiz əmlaklarından heç biri cavabdehə məxsus evdə yoxdur. Həmçinin mətbəx mebeli və divan-kreslo cehiz əşyaları arasında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 İlahə Köçəri qızı ilə eyniməzmunlu ifadələr vermişlər. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş DVD diskin videogörüntüsündən görünür ki, iddiaçı özünə məxsus əmlakı Cavabdeh məxsus fərdi yaşayış evindən aparır.. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclaslarında tərəflərin izahatları, şahid ifadələri və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh 2013-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq, ailə qurmuşlar. İddiaçı cavabdehə məxsus fərdi yaşayış evinə gəlin köçərkən özünə məxsus cehiz əşyaları gətirmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahidlər iddiaçının cavabdehin evinə gəlin köçərkən mətbəx mebeli və divan kreslo gətirmədiyini bildirmişdir. Həmçinin cavabdehin təqdim etdiyi DVD diskin videogörüntüsü ilə müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus əmlakı Cavabdeh məxsus fərdi yaşayış evindən aparmış və bu zaman əmlakla əlaqədar hər hansı mübahisə olmamışdır. Yükləmə zamanı tərəflər arasında heç bir mübahisə baş verməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları daxili inamına əsasən qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlə ailə münasibətlərinə xitam verildiyi zaman özünə məxsus bütün əmlakı aparmışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-958/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-958/2021
24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver