Məhkəmə qərarları › İş №2(042)-970/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-970/2022

24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-970/2022 24.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1937-ci ildə Gədəbəy rayonunda anadan olmuş X3 xərçəng xəstəliyi səbəbindən xx.xx.2020-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, X6 onun atasıdır. Atası xx.xx.1937-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. xx.xx.2020-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir. 07 yanvar 2020-ci il tarixdə atası Arıqıran kənd qəbristanlığında dəfn edilmişdir. Lakin savadsızlığına görə atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün vaxtında qeydiyyat orqanına müraciət etməmişdir. Sonradan atasına ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin atasının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, Ərizəçi tanıyır. Ərizəçinin qızı onun oğlunun həyat yoldaşıdır. X1 ərizəçinin atasıdır. Ərizəçinin atası xəstə olmuşdur. X6 xx.xx.2020-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində vəfat etmiş və Gədəbəy rayonu, Arıqıran kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o da iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, 339 saylı arayışdan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Gədəbəy rayonu, Arıqıran kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, atası qrafasında X6, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan vətəndaş Ərizəçi müraciətinə cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 05/Q-14/480 nömrəli məktubdan görünür ki, mərhum atası X3 ölməsinə dair Maraqlı şəxsnə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölümün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığına görə Maraqlı şəxsndə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülümüşdür. İşdə olan fotoşəkildən görünür ki, X3 qəbir daşında onun ölüm tarixi kimi xx.xx.2020ci il qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmədə müəyyən olundu ki, xx.xx.1937-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, X6 xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində vəfat etmiş və Gədəbəy rayonu, Arıqıran kənd qəbiristanlığında dəfn edilmişdir. Onun 07 yanvar 2020-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. X3 ölümü ilə əlaqədar tibbi sənədlər olmadığından və onun ölümündən uzun müddət keçməsinə görə ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Odur ki, onun ölümünə dair hüquqi əhəmiyyəti olan faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi, ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 20 may 1937-ci ildə Gədəbəy rayonunda anadan olmuş X3 07 yanvar 2020-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində “xərçəng xəstəliyi” səbəbindən ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, X4 veriləcək ölüm haqqında şəhadətnamədə onun ölüm tarixi kimi “07 yanvar 2020-ci il”, öldüyü yer kimi “Gədəbəy rayonu, Arıqıran kəndi”, ölüm səbəbi kimi “xərçəng xəstəliyi” qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar