Məhkəmə qərarları › İş №2(042)-980/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-980/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-980/2023 01.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1971-ci ildə Gədəbəy rayonunda anadan olmuş X9 dəm qazından boğulma (bədbəxt hadisə) səbəbindən xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X13 onun anası olmuşdur. X6 xx.xx.2015-ci ildə Bakı şəhərində dəm qazından boğulma səbəbindən vəfat etmişdir. X1 qəbristanlığında dəfn edilmişdir. O anasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin anasının ölümünü təsdiq edən tibbi sənədlər olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Anasıın ölməsi faktının müəyyən edilməsi ona sosial hüquqlarının həyata keçirilməsi məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində dəm qazından boğulma səbəbindən ölmüşdür. X4 rayonu, Qaraməmmədli kəndində kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 eyniəzmunlu ifadə vermişdir. İşdə olan X8 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1992-ci ildə doğulmuş, atası qrafasında X10, anası qrafasında isə X12 qeyd edilmişdir. İşdə olan qəbirdaşının şəklindən görünür ki, X13 1971-ci il tarixdə doğulmuş və xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİHB-nin Qaraməmmədli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi X6 23 yanvar 2015ci il tarixdə vəfat etmiş və Gədəbəy rayonu Qaraməmmədli kəndində kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəçiyə mərhum anasının ölümünün qeydə alınması üçün ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün Maraqlı şəxsndə ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuş X9 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində dəm qazından boğulma (bədbəxt hadisə) səbəbindən ölməsi faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarını həyata keçirmək üçün hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1971-ci ildə doğulmuş X9 02.09xx.xx.2015-ci il tarixdə Bakı şəhərində dəm qazından boğulma (bədbəxt hadisə) səbəbindən ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 15 aprel 1971-ci ildə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuş X9 23 yanvar 2015-ci il tarixdə Bakı şəhərində dəm qazından boğulma (bədbəxt hadisə) nəticəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar