Məhkəmə qərarları › İş №2(043)-1252/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1252/2020

10.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1252/2020 10.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dairərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1937-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş X1 1986-cı ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, anadan olmamışdan əvvəl qonşuluqda yaşayan X6 onun valideyinləri ilə onu övladlığa götürmək barədə razılığa gəlmişlər. Valideyinləri onu anadan olduğu gündən X3 vermişlər. X13 övladlıq barədə sənədləri rəsmiləşdirə bilməmiş və xx xxx 2011-ci ildə Ofelya Cəfərova özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu F.Əmirov küçəsi, 32 nömrəli evin 5 nömrəli mənzilini ona vəsiyyət etmişdir. xx.xx.2016-cı ildə Ofelya Cəfərova vəfat etmişdir. Ondan qalan miras əmlakı öz adına rəsmiləşdirmək üçün o, Gəncə şəhəri 2 saylı notariat ofisinə müraciət etmiş və orada məlum olmuşdur ki, X6 xx.xx.1981-ci il tarixdən X5 ilə nikahdadır. X5 1986-cı ildə Ermənistan Respublikasına müalicəyə getmiş və orada vəfat etmişdir. Ənnağı Cəfərov Ermənistan Respublikası Amasiya rayonunda dəfn olunmuşdur. Lakin onun ölümü barədə şəhadətnamə alınmamışdır. Ənnağı Cəfərovun ölümü barədə şəhadətnamənin alınıb-alınmaması barədə Qeydiyyat şöbəsinə sorğu verilmiş, Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2010-cu il tarixli məktubu ilə məlum olmuşdur ki, Ənnağı Cəfərovun ölümü haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Bundan sonra Vətandaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə sorğu göndərilmiş, sorğunun cavabından məlum olmuşdur ki, Ənnağı Cəfərovun ölümü haqqında akt qeydi aparılmamışdır. Ənnağı Cəfərov Ermənistan Respublikasında dəfn olunduğu üçün onun ölümü barədə şəhadətnamə alınmamışdır. Maraqlı şəxs məhkəməyə ərizə verərək ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, mərhum X6 onun bacısı olmuşdur. Bacısı Ofelya sağlığında Ərizəçi körpə vaxtlarından götürüb öz övladı kimi saxlamışdır. Bacısı Ofelya xx.xx.1981-ci ildə X5 ilə ailə qurmuşdur. Ənnağı Cəfərov o vaxt təyinatla Daşkəsənə işləməyə gəlmişdir.Həmin vaxt tanış olub ailə qurduqdan sonra gəlib bir müddət Gəncə şəhərində yaşamışlar. Ənnağı Cəfərovun valideynləri o vaxt Ermənistanın Amasiya rayonunda yaşayırdılar. X9 ağır xəstələndiyi üçün onu qardaşı Məmmədtağı müəllim onu müalicə üçün Ermənistan Respublikası Amasiya rayonuna aparmışdır. Lakin onun səhhətində yaxşılaşma olmadığı üçün xəbər gəldi ki, Ənnağı vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum X6 onun bacısı olmuşdur. Bacısı Ofelya sağlığında Ərizəçi körpə vaxtlarından götürüb öz övladı kimi saxlamışdır. Bacısı Ofelya xx.xx.1981-ci ildə X5 ilə ailə qurmuşdur. Ənnağı Cəfərov o vaxt təyinatla Daşkəsənə işləməyə gəlmişdir.Həmin vaxt bacısı Ofelya ilə tanış olub ailə qurduqdan sonra gəlib bir müddət Gəncə şəhərində yaşamışlar. Ənnağı Cəfərovun valideynləri o vaxt Ermənistanın Amasiya rayonunda yaşayırdılar. X8 ağır xəstələndiyi üçün onu qardaşı müalicə üçün əvvəlcə Gürcüstan Respublikasına oradan isə Ermənistan Respublikası Amasiya rayonuna aparmışdır. Lakin onun səhhətində yaxşılaşma olmadığı üçün xəbər gəldi ki, Ənnağı vəfat edib. O vaxt onlar avtobus tutaraq onun yas mərasiminə getmişlər. Yas mərasiminə gedərkən avtobus qəzaya düşdüyü üçün sonra Ənnağının qardaşı Məmmədtağı müəlləim onun yas mərasiminin bir neçəsini burada Gəncə şəhərində keçirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:-İ-JQ 469052 nömrəli notarial qaydada təsdiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 nikahları xx.xx.1981-ci il tarixdə qeydə alınmışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 32, mənzil 5 xx.xx.2011-ci ildən X2 xüsusi mülkiyyətindədir. xx xxx 2011-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 özünə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi, 32 saylı binanın, 5 saylı mənzilinı həmin ünvanda yaşayan Ərizəçi Balaoğlan qızına vəsiyyət etmişdir. AZ-İ 824592 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə “Xroniki böyrək çatmamazlığı” səbəbindən vəfat etmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 ölümü haqqında akt qeydi şöbədə aşkar olunmadığından Vətandaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X1 ölümü haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar olunmamışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 32, mənzil 5-də qeydiyyatdadır; Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 1986-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda ölmüşdür. Göründüyü kimi, ərizəçi X1 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir, hansı ki, həmin sənədin əldə olunması ərizəçiyə sosial məsələlərin həlli üçün vacibdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, X1 1986-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. xx xxxxxx 1937-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş X1 1986-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X15 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar