Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1580/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 20 iyun 1965-ci il tarixində Gəncə şəhərində ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1965-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küçəsi ev 28 mərhum atası Əli Əliyevin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə notariusa müraciət etmiş, oradan ona bacı qardaşlarının şəxsiyyət vəsiqələrinin, doğum şəhadətnamələrinin və vəfat edən varsa ölüm şəhadətnamlərinin surətlərini təqdim etməsini tələb etmişlər. Qardaşı Telman anadan olduqdan 3 ay sonra vəfat etmişdir. Qardaşının vəfat etməsi barədə ölüm haqqqında şəhadətnamə onlarda mövcud deyil. Həmçinin Maraqlı şəxsndən ailə tərkibi haqqında arayış alarkən qardaşının doğulması barədə məlumat qeyd edilmiş ancaq ölümü barədə məlumat arayışa əlavə edilməmişdir. Bu səbəbdən Gəncə şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qardaşının ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin, oradan məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1nun 20 iyun 1695-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə, Gəncə şəhərində doğulmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-308/15 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1916-cı il tarixdə anadan olmuş və xx.xx.1993-cü il tarixdə ölmüş X4 arvadı xx.xx.1928-ci il tarixdə anadan olmuş xx.xx.1976-cı il tarixdə ölmüş X2 ilə birgə nikahlarından 13 övladı anadan olmuş, onlardan biri də xx.xx.1965-ci il təvəllüdlü X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-369/15 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci ildə anadan olmuş X3 ölümünün bərpası ilə bağlı lazımı sənədlər təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X8 Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, X3 xx.xx.1965-ci il tarixdə doğulması və xx.xx.1965-ci il tarixə vəfat etməsinin qeydiyyatı ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, mərhum X9 onun qardaşı olmuşdur. Onun təxminən 8-9 yaşı olanda X1 doğulmuşdur. Lakin, təxminən 3 ay yaşadıqdan sonra bir gün qəflətən rəngi göyərməyə başlamışdır. Bu zaman valideynləri təcili tibbi yardım çağırsalar da, həkimlər gəldiyi zaman uşağın öldüyünü bildirmişlər. Qardaşının nəşini o vaxtlar uşaqların dəfn olunduğu, Gəncə şəhəri ərazisində olan “Rus” qəbiristanlığı deyilən yerdə dəfn etmişlər. Həmin vaxt valideynləri ona Telmanın 3 aylığında öldüyü deyilmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, mərhum X9 onun qardaşı olmuşdur. X1 1965-ci ilin mart ayının 20-də doğulmuşdur. Qardaşının vəziyyəti 3 ay sonra qəflətən pisləşməyə başlamışdır. Valideynləri tərəfindən təcili yardım çağırılmışdır. Təcili tibbi yardım həkimləri uşağın ürək tutmasından vəfat etdiyini bildirmişlər. Qardaşının nəşini “Poçtavoy” adlanan ərazidə yerləşən, o vaxtlar uşaqların dəfn olunduğu qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1965-ci ildə doğulmuş X3 3 ay yaşadıqdan sonra xx.xx.1965-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atasından qalan mirasın varislər tərəfindən qəbul edilməsi ilə bağlı mərhum X1nun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1965-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 mart 1965-ci il tarixdə doğulmuş X3 20 iyun 1965-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1580/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1580/2022
21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver