Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1588/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı Ərizəçi (maraqlı şəxs Kəpəz Rayon Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunmasına” dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə doğulmuş və 1 (bir) aydan sonra ölmüş oğlu X3 ölüm faktının müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun oğludur. Murad xx.xx.1992-ci il tarixdə doğulmuş və bu barədə xx.xx.1992-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin akt kitabında 200 nömrə ilə qeyd aparılmışdır. Çox əfsuslar olsun ki, uşaq naməlum səbəbdən qəflətən 1 (bir) ay yaşamadan ölmüşdür. Uşağın ölüm səbəbini göstərməyən həkim onun ölümü haqda lazımi yerlərə məlumat verməmiş və bunun ucbatından da o uşağının ölüm kağızını ala bilməmişdir. O, övladını məcbur olub sənədsiz-sübutsuz keçmiş Xanlar (indiki Göygöl) rayonunun ərazisində yerləşən Lüləli qəbirstanlığında dəfn etmişdir. Çox təəssüflər olsun ki, onun övladı X1 ikən cəmi 1 (bir) ay yaşamadan həkimlərin və öz vəzifələrini yerinə yetirə bilməyən bəzi məmurların günahı ucbatından qara torpağın altında yatmasına baxmayaraq sənədlərdə səhv olaraq sağ kimi göstərilir. O, ev məsələsi ilə bağlı sənəd toplayarkən mərhum uşağı X2 olaraq sağ kimi göstərilmişdir. O, onun ölüm kağızını heç cür əldə edə bilməmişdir. O, uşağının doğulması ilə bağlı Nizami Rayon Qeydiyyat Şöbəsindən arayış almışdır. Arayışda doğulması barədə məlumat var, ölməsi ilə bağlı heç bir məlumat yoxdur. Məcbur oldum yaşadığı ərazinin Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar da ona imtina məktubu verərək məhkəməyə müraciət etmsini məsləhət görmüşlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş “iddia ərizəsi”nin məzmunundan görünür ki, iddiaçı hüquqi əhəmiyyəti olan faktın, yəni xx.xx.1992-ci ildə doğulmuş və 1 (bir) aydan sonra ölmüş oğlu X3 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqında işlərə məhkəmə “xüsusi icraat” qaydasında baxır və həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunan prosessual hüquq normalarına əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı işlərdə iddiaçı və ya cavabdeh olmur, həmin işlərdə proses iştirakçıları qismində ərizəçi və maraqlı şəxslər iştirak edirlər. Lakin, Ərizəçi tərəfindən verilmiş iddia ərizəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi xahiş olunsa da, ərizə düzgün olmayaraq iddia icraatında olduğu kimi “iddia ərizəsi” kimi verilmiş, ərizədə Ərizəçi “iddiaçı” qismində göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İddiaçı Ərizəçi iddia ərizəsində oğlu X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün onun xx.xx.1992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etsə də, məhz həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu ərizəsində göstərməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarının 1.6-ci bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, eləcə də ərizədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin iddiaçıya nə məqsəd üçün lazım olduğu göstərilmədiyi üçün Ərizəçi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra Ərizəçi ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269, 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1588/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1588/2021
13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver