Məhkəmə qərarları › İş №2(043)-1822/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1822/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1822/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyət hüququ əsasında iddiaçıya məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli tikilişinin 2-ci mərtəbəsindəki yaşayış sahəsi 50,6 kv.m. olan 2 (iki) yaşayış otağından (28 kv.m və 22,6 kv.m), sahəsi 14,9 kv.m. olan örtülü eyvandan və sahəsi 5,0 kv.m. ola dəhlizdən çıxarılmaları və onun ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 50,6 kv.m. olan 2 (iki) yaşayış otağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin yaşayış otaqlarının biri 28 kv.m., digəri isə 22,6 kv.m-dir. Bundan əlavə olaraq 14,9 kv.m. örtülü eyvan və 5,0 kv.m. dəhliz də onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 01.04.2003-cü il tarixli, 4281 saylı Qeydiyyat Vəsiqəsi ilə bir daha təsdiq olunur. Xüsusi mülkiyyətində olan yaşayış otaqları həmin ünvanda yerləşən “A” literli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşir. “A” literli fərdi yaşayış evinin 1-ci mənənəsində yerləşən sahəsi 21,6 kv.m. yaşayış otağı, 14,6 kv.m. örtülü eyvan və “B” tikilisi qardaşı X3 xiisusi mülkiyyətindədir. Yaşadıqları ünvanda olan fərdi yaşayış evi ata-baba yurdları olmuş, sonradan vərəsəlik qaydasında aralarında bölünmüşdür. Lakin, ailə üzvləri arasında olan razılaşmaya əsasən uzun illərdir ki, o, ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evinin 1ci mərtəbəsindən istifadə edir, qardaşı Yavər Əliyev həyətdə olan ayrıca tikilidə yaşayır, 2-ci mərtəbədən isə hazırda cavabdehlər olan digər qardaşları ailə üzvləri ilə birlikdə istifadə edirlər. Bu vəziyyətdə artıq uzun illərdir ki, yaşayırlar. Lakin, qardaşı Yavər Əliyev ailə üzvləri arasında olan bu razılaşmanı qərəzli olaraq pozmuş və onun yaşayış sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Kəpəz Rayon Məhkəməsinin 08.08.2019-cu i tarixli qətnaməsilə o, uzun illər yaşadığı evdən çıxarılmışdır. Başqa yaşayış yeri olmadığından ailə üzvləri orada qalmışdır. Son vaxtlarda isə qardaşı Yavər Əliyev yenidən məhkəmədə iddia qaldıraraq ailə üzvlərinin (həyat yoldaşı Məhluqənin, qızı Röyanın və oğlu Turalın) ev əşyaları ilə birlikdə həmin ünvanda (Məhərrəmov küçəsi, ev 64) yerləşən “A” literli binanın 1-ci mərtəbəsindəki sahəsi 21,6 kv.m. yaşayış otağı və sahəsi 14,6 kv.m. örtülü eyvandan ev əşyaları ilə birlikdə çıxarılmalarını tələb etmişdir. Ona görə də məcbur olub cavabdehlərə qarşı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3, Cavabdeh5 nümayəndəsi Cavabdeh4 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, mübahisəli evə iddiaçının qardaşı ilə nikaha daxil olmaqla, 1981-ci ildə gəlin kimi köçmüşdür. Bu günə kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə qətnaməsi ilə həmin mənzildən istifadə hüququ əldə etmişlər. Hal-hazırda onların başqa yaşamağa yeri yoxdur. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4281 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanının “A” literli tikilisinin yaşayış sahəsi 50,6 kv.m. olan 2 (iki) yaşayış otağı 11.03.2003-cü il tarixli, 2V-1-43 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında 01.04.2003-cü il tarixdə şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 30.12.2004-cü il tarixli 2- 113/2004 saylı qətnaməsindən görünür ki, İddiaçı öz mülkiyyətində olan sahəsi 22,6 kvm olan yaşayış otağına və 14,9 kvm sahəli örtülü eyvana köçürülməsi, göstərilən sahələrə Cavabdeh4 və onun ailə üzvlərinin istifadə hüquqlarının tanınması qət edilmişdir. Məhkəmə, ilk öncə iddianın “İddiaçı fərdi yaşayış evinə köçürülməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” literli tikilisinin 2-ci mərtəbəsindəki ümumi sahəsi 50,6 kv.m. olan 2 (iki) yaşayış otağından ibarət yaşayış sahəsinin İddiaçı mülkiyyətində olması iş materialları ilə tam sübuta yetirilir. Göründüyü kimi, sözügedən yaşayış sahəsi İddiaçı mülkiyyətində olduğundan, onun həmin əmlaka sahiblik, istifadə və sərəncam hüququ və eyni zamanda həmin əmlakda yaşamaq hüququ vardır. Odur ki, iddiaçı mülkiyyətində olan əmlakına köçürülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddia tələbinin “iddiaçının ailə üzvlərinin ona məxsus yaşayış sahəsinə köçürülməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı özü ilə yanaşı iddia tələbində ailə üzvlərinin də ona məxsus yaşayış sahəsinə köçürülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, onun ailə üzvləri - arvadı 19.04.1958-ci il təvəllüdlü X1, oğlu 07.01.1986-cı il təvəllüdlü X4 və qızı 11.12.1987-ci il təvəllüdlü X2r və onlar yetkinlik yaşına çatmış fiziki şəxslərdir. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddianı irəli sürən şəxsdir. Belə olan halda, iddiaçının ailə üzvlərinin hər birinin mülki prosessual hüquq və mülki prosessual fəaliyyət qabiliyyəti olduğundan, onların evə köçürülməsi tələbini yalnız özləri iddiaçı kimi irəli sürə bilər. İddiaçının, ailə üzvlərinin adından onların evə köçürülməsi barədə tələb irəli sürmək hüququ yoxdur. Məhkəmə, iddia tələbinin cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları hissəsini də araşdıraraq hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 isə bacısıdır. Onlar uzun müddətdir ki, iddiaçıya məxsus fərdi yaşayış evində yaşamırlar. İddiaçı isə onların həmin evdən istifadə hüquqlarının itirilməsini deyil, fərdi yaşayış evindən çıxarılmalarını tələb etmişdir. Qeyd olunan cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində yaşamadıqlarından, onların həmin evdən çıxarılmalarına dair iddia tələbi də təmin edilə bilməz. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 gəldikdə isə qeyd edilməlidir ki, həmin şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüquqları Kəlbəcər Rayon Məhkəməsinin 30 dekabr 2004-cü il tarixli qətnaməsi ilə tanınmış və onlar bugünədək iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlər istifadə hüquqları mövcud olan yaşayış sahəsindən çıxarıla bilməzlər. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” literli tikilisinin 2-ci mərtəbəsindəki yaşayış sahəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar