Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-192/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ışraq̇ torpaq sahəsindən çıxarılma, yolun azad olunması, qanunsuz tikiliərin sökülməsi, maneələrin aradan qaldırılması və ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ışraq̇ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, onların etdiyi qanunsuz hərəkətələrinə son qoyulmaqla onun tərəfindən tikinti aparılmasına törətdikləri maneələrin aradan qaldırılması, torpaq sahəsinin qabağında gediş-gəliş məqsədi ilə ümumi istifadədə saxlanılmış yolun zəbtdən azad ediməsi, cavabdehlər tərəfindən həmin yolda qeyri-qanuni tikilmiş evlərin onların hesabına sökülməsinə, həmçinin cavabdehlərdən müştərək qaydada 1380 manat maddi, 10000 manat mənəvi ziyan olmaqla, cəmi 11180 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən 1380 manat maddi, 10000 manat mənəvi zərər olmaqla, ümumilikdə 11380 manat pulun alınaraq onun xeyrinə ödənilməsi və mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən tikinti aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi məh.V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olmaqla bununla bağlı ona DƏDRX-nin Gəncə ərazi idarəsi tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində ev tikdirmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinə müraciət etmişdir və ordan ona torpaq sahəsində ev tikdirməyə razılıq verilmişdir. Bundan sonra özünə məxsus torpaq sahəsində ev tikdirməyə başlamışdır. Bununla bağlı müəyyən tikinti materialları alıb torpaq sahəsinə tökdürmüşdür. Lakin tikinti başlayan bir gündən cavabdehlər ona maneələr yaratmışlar, materiallarını dağıtmışlar. Bundan başqa cavabdehlər ona məxsus torpaq sahəsində özlərinə aid tikinti materialları yerləşdirib, orda hasar tikməyə hazırlaşırlar. Eyni zamanda bu məsələ ilə bağlı yəni zəbt olunma probleminin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş və orda araşdırma aparılmışdır. Bələ ki, həmin ərazidə gediş-gəliş məqsədi ümumi istifadə saxlanılmış yolun üstündə qeyri-qanuni olaraq yaşayış evinin tikildiyi və yolun qarşısının kəsildiyi müəyyənləşdirilmişdir. Həmin məktubdan göründüyü kimi cavabdehlər nəinki onun ərazisini, həm də ərazidə gediş-gəliş məqsədi ümumi istifadə saxlanılmış yolu da zəbt etmişlər. Həmin yol onun da torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulduğundan hesab edir ki, yolun açılmasına dair iddia vermək üçün subyektiv hüquqları vardır.Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o və həyat yoldaşı iki ilə yaxın müddətdir ki, müxtəlif orqanlara müraciətlər etmiş, böyük sarsıntı keçirmişlər, hətta özü şəkər xəstəliyinə tutulmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edib iddiaçı ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə olmamış və iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına maneçilik törədilməmişdir. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, digər Cavabdeh3 onun həyat yoldaşıdır. Onlar tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə olmamış və iddiaçı tərəfindən tikinti işləri aparmasına maneçilik törətməmişlər. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh3 ̇ məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- DƏDR-dən verilmiş MA ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur; Cinayət işinin başlanmasının rədd olunması haqqında Gəncə şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul olunmuş qərarın surətindən görünür ki, X2 şəhər Baş Polis İdarəsinə şikayət edərək ona məxsus torpaq sahəsində tikinti işləri aparılarkən qonşuluqda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tikinti işini aparmasına maneçilik törətiklərini və onu hədələdiklərini göstərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.06.2021-ci il tarixli 10/2337 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, V-2 ünvanında yerləşən MA seriyalı ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan 0,045 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müdaxilə aşkar edilməmişdir. Gəncə şəhər Kəpəz bələdiyyəsinin xəritəsinə istinadən, sözügedən mübahisəli ərazidəki yola, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müdaxilə halı aşkarlanmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olmaqla iddiaçı əmin torpaq sahəsinin və ümumi istifadədə olan gediş gəliş yolunun cavabdehlər tərəfindən zəbt olunduğunu habelə mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən tikinti işləri aparılmasına maneçilik törədildiyini iddia etsə də aparılmış ekspertiza tədqiqatı nəticəsində müyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və ümumi istifadədə olan gediş gəliş yolu zəbt olunmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavbdelər tərəfindən maneçlik törədilməsinə gəldikdə isə məhkəmə iclasında cavabdehlər tikinti işlərinin aparılmasında iddiaçıya hər hansı maneçilik törətmədiklərini bildirsələr də cinayət işinin başlanmasının rədd olunması haqqında Gəncə şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən qəbul olunmuş qərarın surətindən görünür ki, X2 şəhər Baş Polis İdarəsinə şikayət edərək ona məxsus torpaq sahəsində tikinti işləri aparılarkən qonşuluqda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tikinti işini aparmasına maneçilik törətiklərini bildirmişdir. İddia tələbinin maddi və mənəvi zərərin ödənilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı maddi və mənəvi zərərin nədə ifadə olunması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneçilik törədilməsi qadağan edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən maneçilik törədilməsi qadağan edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-192/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-192/2021
14.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver