Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-240/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Dadaş Bünyadzadə küçəsi, 31 nömrəli ev onun ata tərəfdən babası X10 məxsusdur. Babası Böyük Vətən Müharibəsi zamanı 1942-ci ilin yanvar ayında xəbərsiz itkin düşmüşdür. Bu hal hərbi komissarlığın ərizəsinə əlavə etdiyi müvafiq arayışı ilə təsdiq olunur. Babasının həmin evinə, onun atası sahiblik etmişdir. Onun xx.xx.1992-ci il tarixdə baş vermiş ölümündən sonra babasından miras qalmış evdə anası X4, qardaşı Abbasov Şöhrət Cümşüd oğlu, bacıları Mustafayeva (Abbasova) Arzu Cümşüd qızı, Həsənova (Abbasova) Nazilə Cümşüd qızı, X11 yaşamışlar. Vərəsəliyə dair mübahisələri olmasa da, evin mülkiyyət hüququnu təsdiq edən sənəd, eləcə də babasının ölümünə dair sənəd olmadığından onlar vərəsəlik məsələsini həll edə bilmirlər. Ona görə də babası X7 məhkəmə qaydasında ölmüş elan edilməsinə ehtiyac yaranmışdır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə dair hər hansı rəy və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o ərizəçinin bacısıdır. O, babası X12 görməmişdir. Lakin atasından və digər qohumlarından eşitmişdir ki, babası Böyük Vətən Müharibəsində iştirak etmiş və itkin düşmüşdür. Məhkəmə iclasında şahid qismində dinrilmiş ərizəçinin bacıları X8 və X11 digər şahidlə eyni məzmunulu ifadə verərək onun dediklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş АЗБ seriyalı, 040448 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1937-ci il tarixdə doğulmuşdur. X3, anası X16r. İş materiallarına əlavə edilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. X1, anası X2r. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 05/Q-1152 nömrəli məktubundan və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialından verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 804/4 saylı arayışdan görünür ki, X7 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 2477 nömrəli məktubundan görünür ki, “1941-1945-ci illər Böyük Vətən Müharibəsi”ndə itkin düşənlərin qeydiyyat kitabına (səh-48, s/s-682) əsasən 1918-ci il təvəllüdlü X15 yanvar 1942-ci ildə itkin düşmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1188 saylı arayışdan görünür ki, X13 xx.xx.1992-ci ildə vəfat edib, həmin günədək ünvan 1 ünvanında ailə üzvləri, X4, oğlu Ərizəçi, qızları Mustafayeva (Abbasova) Arzu Cümşüd qızı, Həsənova (Abbasova) Nazilə Cümşüd qızı, X11 ilə birgə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ərizəçinin babası X9 1941- 1945-ci illərdə davam etmiş Böyük Vətən Müharibəsinin iştirakçısı olması və 1942ci ilin yanvar ayında xəbərsiz itkin düşməsi öz təsdiqini tapmışdır. Böyük Vətən Müharibəsi x xxx 1945-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan indiyə qədər X6 xəbər alınmamışdır. Bu da onun məhz 1942-ci ilin yanvar ayında hərbi əməliyyatlar zamanı həlak olmasını ehtimal etməyə əsas verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1918-ci il təvəllüdlü X15 ölüm tarixi 1942-ci ilin yanvar ayı hesab olunmaqla ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-240/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-240/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver