Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2441/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx xxxxxx 2019-cu ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X6 xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə özünü asaraq öldürmüşdür. Bu barədə Gəncə şəhər prokurorluğunda araşdırılma aparılmış və xx xxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmışdır. Onun ölümü qəflətən olduğu üçün, həmin dövrdə şəhadətnamə almağı unutmuşlar. Bacısının ölümünü təsdiq edən digər sənədlərin alınması da mümkün olmamışdır. Bu gün, bacısının ölüm faktını müəyyən edən sənədlər olmadığı üçün dövlət orqanlarında və digər məsələlərlə bağlı bir sıra problemləri yaranmışdır. Bu səbəbdən də, istəyir ki, bacısı X2 vəfat etməsi faktının müəyyən edilməsinə barədə məhkəmə qətnaməsi ilə təsdiq edilsin. Ölüm barədə sənədi başqa qaydada almaq mümkün olmadığından məhkəmə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, bacısı onun evində qeydiyyatda olduğundan əlavə kommunal xərclər ödəyir. Bundan başqa bacısının banklara borcu olduğundan bununla bağlı tez-tez onları narahat edirlər, lakin bacısının ölüm kağızı olmadığından banklara bu sənədi təqdim edə bilmir. Həmçinin bacısının dəfn olunduğu qəbristanlığa da onun ölümü haqqında şəhadətnaməni də təqdim etmələri zəruridir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə dair hər hansı rəy və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, mərhum X6 onun anasıdır. Onlar ailədə dörd nəfər olmuşlar. X17, anası Xumar İsmayılova, böyük qardaşı Rövşən və özü. Anası Xumar isə Gəncə şəhərində fərdi qaydada dərzi kimi fəaliyyət göstərmişdir. Anası Xumar anadangəlmə axsadığına görə əlil olmuş və əlilliyə görə təqaüd almışdır. Onlar ailədə mehriban dolanmışlar. Anası qayğıkeş, əməksevər insan olmuşdur. Anası ailə üzvlərinin hamısının qayğısına qalmışdır. Son vaxtlar anası Xumarın səhhətində problemlər yaranmış, canının ağrıdığını demişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Gəncə şəhəri Bağmanlar qəsəbəsində yaşayan bibisi Qələmgilə qonaq getmiş və gecəni orada qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər tezdən bibisi Qələmgildə olarkən atası Kamil ona telefonla zəng vurub anası Xumarın özünü yaşadıqları evin zirzəmisində tavandan iplə asaraq öldürdüyünü demişdir. Anası Xumar son vaxtlar tez-tez özünü öldürəcəyini demiş, onun hansı səbəbdən özünü öldürmək istəməsi barədə məlumatı olmamışdır. Yəqin ki, anası ağrılara dözməyərək özünü öldürmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı X3 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş İ-ЗЖ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. Atası X7, anası X1r. İş materiallarına əlavə edilmiş ЗЖ seriyalı, 472664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə doğulmuşdur. Atası X7, anası X1r. İş materiallarına əlavə edilmiş şahid X10 məxsus XXİ-ЖГ seriyalı, 297106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Atası X11, anası X5r. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür, X2 özünün öldürməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə istintaq edilmiş cinayət işində cinayət tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 53 nömrəli məktubundan görünür ki, Gəncə şəhərində vəfat X2 ölümü haqqında həkimin tibbi şəhadətnaməsi (F-106) təqdim edilmədiyindən müraciətin təmin edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X9 ərizəçinin bacısıdır. X6 xx xxxxxx 2019-cu ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt ərizəçinin izahatı və şahidin bu izahatla üst-üstə düşən ifadəsi ilə, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarla təsdiq olunur. Ölüm haqqında həkim arayışı olmadığı üçün akt qeydinin aparılması mümkün olmamışdır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə mərhumun pasport qeydiyyatının ləğv edilməsi və üçüncü şəxslər qarşısında onun ölümünün təsdiq edilməsi üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş X3 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2441/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2441/2020
01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver