Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2592/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Ərizəçi Qayıbova (Məmmədova) Tərlan Məmməd qızının maraqlı şəxs «Gəncə şəhəri Vətəndaşlıq Vəziyyəti aktının Dövlət Qeydiyyat İdarəsinə» qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Qayıbova (Məmmədova) Tərlan Məmməd qızı maraqlı şəxs «Gəncə şəhəri Vətəndaşlıq Vəziyyəti aktının Dövlət Qeydiyyat İdarəsinə» qarşı ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X1 ölüm faktının müəyyən edilməsi və onun adına şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizəçiyə ərizənin dəqiqləşməsi və təqdim olunmuş sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması təklif olunmuş və işin məhkəmə islasında baxılması 11.08.2021-ci il tarixə saat 14:30 təyin olunmuşdur. Qeyd olunan tarixdə ərizəçi məhkəmə iclasına gəlməmiş vəhkəməyə ərizə verərək işə iştirakı olmadan baxalmasını xahiş etmişdir. Ərizəçinin iştirakının təmin olunması və göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə işin baxılması təxirə salınaraq 27.08.2021ci il tarixə təyin edilərək ərizəçiyə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmiş, göstərilən nöqsanları aradan qaldırmamış və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-in 259.0.12-cı maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi Qayıbova (Məmmədova) Tərlan Məmməd qızının maraqlı şəxs Gəncə şəhər «Vətəndaşlıq Vəziyyəti aktının Dövlət Qeydiyyat İdarəsinə» qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı, ərizəçiyə ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.12, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi Qayıbova (Məmmədova) Tərlan Məmməd qızının maraqlı şəxs Gəncə şəhəri «Vətəndaşlıq Vəziyyəti aktının Dövlət Qeydiyyat İdarəsinə» qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2592/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2592/2021
27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver