Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2648/2021 28.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək, 1939-cu ildə Gədəbəy rayonunda doğulmuş X3nın 25 oktyabr 2019-cu ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1939-cu ildə ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikasının vətəndaşı X9 onun anasıdır. X7 X3 ilə rəsmi nikahda olmuş, həmin nikahdan 1974-cü ilin noyabr ayın 15-də o, anadan olmuşdur. Onun AZ-968578 nömrəli doğum haqqında şəhadətnaməsi mövcuddur. X24 anası X18 ilə bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışlar. 1982-ci ildə iyul ayının 12-də X7 və anası Allahverdiyeva (Bağırova) Bafta Şöyüb qızı ilə 1982-ci ildə nikahları rəsmi qaydada pozulmuşdur. Bu barədə 245 nömrə ilə nikahın pozulması barədə Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən 17.06.2021-ci il tarixdə verilmiş arayış mövcuddur. X8 25.10.2005-ci ildə vəfat etmişdir bu barədə AZ-954645 nömrəli Gədəbəy rayon Poladlı kənd İƏD-si tərəfindən 09.10.2018-ci il tarixdə "təkrar" verilmiş ölüm haqqında şəhadətnamə mövcuddur. Anası X1 səhhəti ilə heç bir həkimə müraciət etməmişdir. 2019cu ilin oktyabr ayın 25-də anası ürək tutmasından vəfat etmişdir. Lakin o, anasına ölüm haqqında şəhadətnaməni almamışdır və anasının səhhəti ilə bağlı heç bir həkim sənədləri olmadığından 16.06.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə rəsmi cavab olaraq Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi 16.06.2021-ci il tarixli 57 nömrəli cavab məktubu vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən "ölum qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi (F-106) təqdim edə bilmədiyindən şəhadətnamənin verilməsindən rəsmi imtina edilmişdir. O, 01.07.2021-ci il tarixdə Gəncə şəhər Abbas Sahhət adına birləşmiş Xəstəxanasına müraciət etmiş, ona rəsmi 155 nömrəli imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, anasının adına Gədəbəy rayonunda ailə-kəndli təsərrüfatı olduğunu, həmin əmlakı miras olaraq qəbul etməsi üçün anasının ölüm kağızını təqdim etməli olduğunu bildirib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə dair hər hansı rəy və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, ərizəçi onun rəfiqəsidir və onlar əvvəllər qonşu olmuşlar. Günay anası Bafta, həyat yoldaşı Şahin və uşaqları ilə birlikdə yaşayırdılar. Günayın X3 2019-cu ilin oktyabr ayının 25-də qəfildən ölmüşdür. O, dəfn mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, o, 1994cü ildən Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayır. Ərizəçinin yaşadığı ünvanda ərizəçi həyat yoldaşı Şahin və 3 övladı ilə birlikdə yaşayır. Əvvəllər ərizəçinin anası Bafta da onlarla yaşamışdır. Günayın anası, yəni X9 2019-cu ilin oktyabr ayının 25-də ölmüşdür. O, özü dəfndə yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 digər şahid X10 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçinun X3nın 25.10.2019-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 968578 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonunun Hacıalılar kəndində doğulmuşdur. X7, anası X13r. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında arayışdan görünür ki, X17 ilə X18 arasında bağlanmış nikah 12 iyul 1982-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra ərə Bağırov, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 954645 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26.10.2005-ci il tarixdə Gədəbəy rayonunun Hacıalılar kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X2 şəhəri, Hərbi şəhərcik-38, ev 350, mənzil 32 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 16.06.2021ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, Ərizəçi tərəfindən ölüm haqqında həkimin tibbi şəhadətnaməsi (F-106) təqdim olunmadığından X3nın ölüm faktının müəyyən edilməsi üçün qeydiyyatda olduqları rayon üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Abbas Səhhət adına X6 şöbəsinin 01.07.2021-ci il tarixli, 555 nömrəli məktubundan görünür ki, Ərizəçi 25.10.2019-cu il tarixdə dünyasını dəyişmiş, XX.XX.1939-cu il təvəllüdlü, mərhum X5 ölümünü təsdiq edən şəhadətnamənin yazılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X9 ərizəçinin doğma anasıdır. X9 25 oktyabr 2019-cu ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. B.Allahverdiyevanın ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X4 25 oktyabr 2019-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. XX.XX.1939-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş X4 25 oktyabr 2019-cu il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2648/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2648/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver