Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2702/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, vəkili X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i̇ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.11.2004-cü il tarixdə 4Ə-2-285 saylı alqı-satqı müqaviləsi ilə əldə edilmiş yaşayış evinin onunla Cavabdeh arasında bölünməsinə, paylarının müvafiq olaraq 60 faiz və 40 faiz nisbətində müəyyənləşdirilməsinə, özünün və uşaqlarının həmin evə köçürülmələrinə, evin bölünməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun himayəsində 3 azyaşlı uşaqlarının olmasını nəzərə almaqla ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzildən 2/3 hissədə onun və 1/3 hissədə cavabdehin payının müəyyən edilməsinə və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh ilə 02.10.2001-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından onların 14.12.2006-cü il təvəllüdlü X4, 13.11,2014-cü il təvəllüdlü X7 və 18.01.2003-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli qətnaməsi ilə pozularaq, uşaqların aliment məsələləri həll edilmiş, lakin birgə əmlakın bölünməsi, yəni ünvan 1 ünvanda yerləşən 1 nömrəli mənzilin bölünmə məsələsi qalmışdır. Həmin mənzili onlar birgə nikah dövründə alqı-satqı müqaviləsi ilə 16.11.2004-cü il tarixdə əldə etmişlər. Hazırda Cavabdeh onun və uşaqlarının həmin evdə yaşamalarına imkan vermir. Uşaqlarının hər üçünün onun yanında qalmalarını nəzərə alaraq onun 2/3 hissədə payının müəyyən olunması xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddiaçı ilə eyni məzmunlu çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddianı qismən qəbul edərək iddiaçının həmin əmlakdan ½ hissədə payının müəyyən olunmasına və evə köçürülməsinə dair etirazları olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilimiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 2(043)-471/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02.10.2001-ci il tarixdə Gəncə şəhəri Nikah evində 209 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 14.12.2006-cı ildə anadan olmuş X4 və 13.11.2014-cü ildə anadan olmuş X7 anaları İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, ev 69, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə Cavabdeh adına qeydə alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, qeyd olunan məzil tərəflərin birgə nikah dövründə əldə olunmuşdur, tərəflər özləri də həmin mənzilin birgə nikah dövründə əldə olunmasını mübahisələndirməmişdir. Lakin payların müəyyən olunmasında tərəflər qarşılıqlı razılığa gələ bilməmişlər. Belə ki, iddiaçı himayəsində 3 uşağının olmasını nəzərə alaraq ona çatası payın 2/3 hissədə müəyyən olunmasını xahiş etmiş, qarşı tərəf isə payların 1\2 hissədə müəyyən olunmasını tələb etmişlər. Məhkəmə tərəflərin izahatını, dinləyib işdə olan sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların hər ikisi iddiaçının yanında qalmışlar. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların mənafeləri nəzərə alınmaqla, tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 69 nömrəli evin 1 nömrəli mənzilindən 3/5 hissədə İddiaçı, 2/5 hissədə Cavabdeh payları müəyyən edilməlidir. İddia tələbinin mənzilə köçürülməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzilin paylı mülkiyyətçisi olmaqla, onun mülkiyyət hüququ üzrə öz mənzilindən dinc istifadə huququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı tərəflərin birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 69 nömrəli evin 1 nömrəli mənzilindən 3/5 hissədə İddiaçı, 2/5 hissədə Cavabdeh payları müəyyən edilməli, İddiaçı Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 69 nömrəli evin 1 nömrəli mənzilinə köçürülməlidir. MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 69 nömrəli evin 1 nömrəli mənzilindən 3/5 hissədə İddiaçı, 2/5 hissədə Cavabdeh payları müəyyən edilsin. İddiaçı Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, 69 nömrəli evin 1 nömrəli mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2702/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2702/2021
22.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver