Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2790/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa ərizəçi Ərizəçi ərizəsinə əsasən maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs Kəpəz rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası X5 1992-ci ildə Qazaxıstan Respublikasına gedib. O, getdiyi gündən ondan bu günə kimi heç bir məlumat yoxdur. Onun barəsində polisə də ərizə vermişlər. Buna baxmayaraq polis axtarışı da heç bir nəticə verməyib. Bu artıq onu sübut edir ki, atası sağ deyildir. Atasının həyatda olmaması səbəbindən yaşadıqları evi özəlləşdirə bilmirlər. Ona görə də atası X2 ölmüş elan olunması üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. 1985-ci ildən bəri orada yaşayırlar. Ərizəçi atası X5 1992-ci ildə Qazaxıstan Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtan bəri onu görməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşuluqda yaşayırlar. Belə ki, ərizəçinin atası olan X5 1992-ci ildə Qazaxıstan Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. 1992-ci ildən bəri X4 görməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE ******** serialı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 1 May küçəsi,ev 3 ünvanında qeydiyyatdadır. İİİ-SL 482565 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdül Ərizəçi ata qrafasında X5 qeyd edilmişdir. İ-JQ 378041 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 18.12.1955-ci il tarixdə anadan olmuşdur. 15.07.1989-cu il tarixli 809 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev X2 adına olmuşdur. Gəncə şəhəri Nizami rayon Polis Şöbəsinin 12.02.2001-ci il tarixli, 3/259 saylı arayışından görünür ki, ünvan 4 ünvanında yaşayan X5 1992-ci ildən Gəncə şəhəri Nizami rayon Polis Şöbəsi tərəfindən axtarılır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 13.04.2001-ci il tarixli 2-256 saylı qətnaməsindən görünür ki, 18.12.1955-ci il tarixdə anadan olmuş X5 01.01.1992-ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin 27.01.2003-cü il tarixli 55 nömrəli sərəncamından görünür ki, ünvan 4 ünvanında yerləşən ev X2 adından arvadı X1 adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Mülki Məcəllənin 41.4-cü maddəsinə əsasən həmin Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmçinin məhkəmə şəxsin ölmüş elan edilməsi qənaətinə gəldiyindən Mülki Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Mülki Məcəllənin 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 42.3-cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. MM-in 42.4-cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə əsasən ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şəxslərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası 18.12.1955-ci il tarixdə Neftçala rayonu Qaramolla kəndində anadan olmuş X5 1992-ci il tarixdən xəbərsiz itkin düşmüşdür. Göründüyü kimi, ərizəçinin atasının harada olması barədə beş ildən artıq müddət ərzində heç bir məlumat olmadığından, onun naməlum şəraitdə həlak olduğunu güman etməyə əsas verdiyindən ərizə təmin olunmaqla ərizəçinin atası X5 ölmüş elan edilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. 18.12.1955-ci il tarixdə Neftçala rayonu Qaramolla kəndində anadan olmuş, 1992ci il tarixdə naməlum şəraitdə itkin düşmüş X5 ölmüş elan edisin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2790/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2790/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver