Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2858/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 və Cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması və onun evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 onun mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha bağ evindən əşyaları ilə birlikdə çıxarılmasına və özünün həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha bağ evindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia tələbinin dəqiqləşməsi kimi baxmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 2(043)- 2858/2021 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qeyd olunan qiyabi qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 ərizə verərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş edərək, mülki işiə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2(043)- 2858/2021 saylı qərardadına əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 2(043)-2858/2021 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 İddiaçı dayısı oğludur. İddiaçı Cavabdeh1 30300 (otuz min üç yüz) ABŞ dolları borc pul vermiş, Cavabdeh1 həmin borcdan 7000 (yeddi min) ABŞ dollarını iddiaçıya qaytarmışdır. Gəncə şəhəri, ünvan 1nda yerləşən 0.0385 ha bağ evi faktiki Cavabdeh1 məxsus olsa da, həmin ev 3 saylı təmir tikinti trestinin həmkarlar komitəsinin protokolu ilə X7 verilmişdir. Həmin ev X5 adına rəsmiləşmiş və Cavabdeh1 iddiaçıya 30300 (otuz min üç yüz) ABŞ dolları borcu olmuş, həmin borcu sonuncu iddiaçıya verə bilmədiyi üçün istifadəsində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha bağ evini 23300 (iyirmi üç min üç yüz) ABŞ dolları müqabilində iddiaçıya satmışdır. Cavabdehin yerdə qalan 7000 (yeddi min) ABŞ dolları borcunu isə avtomobilin satışı nəticəsində ona qaytarmış, yerdə qalan 23300 (iyirmi üç min üç yüz) ABŞ dolları pulun məbləğində isə Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha bağ evini vermişdir. Cavabdehlərin başqa yaşayış yeri olmadığına görə həmin evdə yaşamasına iddiaçı icazə vermiş, lakin kifayət qədər müddət keçdikdən sonra iddiaçı cavabdehlərə ona məxsus olan evdən çıxmasını bildirsə də, cavabdehlər bu günə kimi həmin evdən çıxmaq istəməmişdir. İddiaçının isə yeganə yaşayış yeri həmin mənzildir, yaşamağa başqa yeri yoxdur. Cavabdehlər özlərinə məxsus olan ev əşyaları ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0.0385 ha bağ evində yaşayırlar. Hazırda cavabdehlərin və ailə üzvlərinin iddiaçıya məxsus olan mülkdə yaşaması, bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən bağ evi onun özünə məxsusdur. İddiaçı həmin bağ evini dələduzluq yolu ilə ələ keçirmişdir. Onun xəbəri olmadan iddiaçı bağ evini öz adına keçirmişdir. Digər cavabdehlər X2 və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- RX seriyalı ******* nömrəli, çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, ünvan 1nda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 25.07.2014-cü il tarixli 4Ə-217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, ünvan 1nda yerləşən 0.0385 ha torpaq sahəsi və bağ evini 23000 manata X4 almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 26.11.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin 3 saylı təmir tikinti trestinin 24.09.1988-ci il tarixli 1 nömrəli qərarı və layihəsi, 26.09.1988-ci il tarixli 186 saylı arayışına əsasən X8 Kirovabad şəhəri, Sevinc qəsəbəsində bağ evinin tikintisi üçün 400.0 kvm torpaq sahəsi ayrılaraq layihə verilmişdir.Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 02.04.2014-cü il tarixli 74 nömrəli arayışı, Gəncə şəhəri, Məhsəti qəsəbəsinin yer quruluşu planından çıxarışı və TS- 14-74 saylı rəyi, 15.05.2014-cü il tarixli A № 511210 saylı torpaq sahəsinin plan və ölçüsü Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısın təsdiq etdiyi 14.04.2014-cü il tarixli fərdi yaşayış evinin qəbulu aktı və 06.05.2014-cü il tarixli 770 saylı sərəncamına əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evi (0.0385 ha torpaq sahəsində yerləşən tikili “A”-da 50.8 kvm üç yaşayış otaqları, 44.3 kvm yardımçı sahə, 9.4 kvm açıq eyvan, 10.6 kvm zirzəmi, tikili «İ-də 36.5 kvm talvar) X5 adına qeydiyyata alınmışdır və ona 23.07.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.2 saylı notariat kontorunun 25.07.2014-cü il tarixli 4Ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak İddiaçı satılmışdır. Alıcıya bu bağ evinə 02.08.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 03.01.2018-ci il tarixli E-165620/18 saylı məktubuna əsasən bu mülkün üzərinə xüsusi nəzarət qoyulmuşdur Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. İddiaçı iddia etmişdir ki, cavabdehlər əsassız olaraq onun mülkiyyətində olan evdən çıxmadıqları üçün onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək mübahisələndirilən evin ona məxsus olduğunu və idddiaçının ona məxsus evi dələduzluq yrlu ilə ələ keçirdiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. İşdə olan sübutlardan görünür ki, iddiaçı həmin bağ evini tamamilə başqa bir şəxsdən, Ceyhun adlı şəxsdən alqı-satqı yolu ilə əldə etmişdir. Bununla yanaşı 17 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə sübutların təqdim edilməsi məqsədi ilə işin baxlması təxirə salınmışdır. Lakin cavabdeh tərəf öz etirazının əsası kimi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha torpaq sahəsində yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılsınlar. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2858/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2858/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver