Məhkəmə qərarları › İş №2(043)-3230/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3230/2021

15.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3230/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda ilkin iddia üzrə cavabdeh qrşılıqlı iddia üzrə iddiaçı X6, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda ilkin iddia üzrə cavabdeh qrşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X5 qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi; ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X4 cavabdeh İddiaçı qarşı ləyaqətsiz vərəsə tanınması və çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və onun həmin mülkə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X7 ilkin iddia üzrə iddiaçı İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək cavabdehin ləyaqətsiz vərəsə kimi tanınması və ünvan 2 ünvanında yerləşən mənzilə dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə isclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdehlər onların qardaş və bacılarıdır. Uzun müddətdir ki, cavabdehlər ölkə hüdudlarından kənarda yaşayırlar. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və X1 Federasiyasının vətəndaşı olmaqla uzun illərdir ki, orada yaşayırlar. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 həm Azərbaycan Respublikasının vətəndaşı, həm də Türkiyə Respublikasının vətəndaşlarıdır. Cavabdeh2 isə Şəmkir rayonunda yaşayır. Cavabdehlərin hər biri öz ailəsi ilə özlərinə məxsus evdə yaşayırlar. Mübahisəli mülkdə o yaşamaqla yaşlı və xəstə anasına baxmışdır.Anası yataq xəstəsi olduğu üçün cavabdehlərə xəbər vermişdir ki, gəlib anaları ilə halallaşsınlar. Lakin onlar gəlib analarını ortada qoyaraq mülk davasına başlamışlar. Cavabdehlərin hamısı Şahin və bacısı Günəş istisna olmaqla digərləri onu döyüb zorla mülkdən çıxarmışlar. Onu Aygün, Cəmil və Gültəkin birləşərək 18.08.2021, 22.08.2021 və sonuncu dəfə 24.08.2021-ci il tarixdə döyərək evdən qovmuşlar. Hər dəfə 102 xidmətinə müraciət etmiş, 24.08.2021-ci il tarixdə sahə müəvvkili Rəhman Hacıyev evlərinə gəlsə də, lakin cavabdehlərin əlindən onu ala bilməmişdir. Onun döyülməsi ilə bağlı Kəpəz Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxılaraq cavabdehlər inzibati qaydada cərimə olunmuşlar. Hazırda o, uşaqları Nurlana və Nigar qohumlarına məxsus müxtəlif evlərdə yaşayırlar. Cavabdehlər onu döydükdən sonra dəfələrlə evə getmək istəsələr də, onu evə buraxmamışlar. Məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İlkin iddianın təmin olunmasını qarşılıqlı iddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar, X4, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda ilkin iddia üzrə cavabdeh qrşılıqlı iddia üzrə iddiaçı X11, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda ilkin iddia üzrə cavabdeh qrşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh4 ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edib izahatlarında göstərdilər ki, mübahisəli mülk onların ata-baba yurdu olmuşdur. Atalarından sonra isə analarına qalmışdır. Özləri Rusiya Federasiyasında yaşayırlar və bacıları İddiaçı analarına baxması üçün evdə yaşamasına razı olmuşlar. Hazırda mübahisəli mülkdə yaşamalarına səbəb analarının yas mərasimini yola verməkdən ibarətdir. İddiaçı tərəfindən analarına işgəncələr verilməsi, onun 12 yaşlı qızının ineksiyalar etməsi, eləcə də nikahda yaşadığı şəxslə analarının ölümündə səbəbkar olması evi tam mülkiyyət hüquqları üzrə ələ keçirməklə külli miqdarda satışdan pullar əldə etmək niyyəti güdmüşdür. İddiaçı zəngi nəticəsində polis işçiləri gələn zaman şahid olmuşlar ki, onun zəngi yalandır. Ona qarşı hər hansı zorakılıq edilməmişdir, əksinə nalayiq davranışları ilə polis əməkdaşlarına təsir etməyə çalışmışdır. Anaları rəhmətə getməmişdən qabaq verilmiş işgəncələrin nəticələri onun can üstə olan zaman öz dili ilə etiraf etməsi video çəkilişi ilə təsdiqini tapmışdır. İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 16.05.2018-ci iltarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 12 ünvanında 0,06 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 51,6 kvm olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özünə məxsus ½ hissəsini İddiaçı bağışlamışdır. 03.10.2018-ci il tarixli, AN-İ 071652 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsininin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh4 ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 51,6 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özünə məxsus ½ hissəsini İddiaçı 7000 manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə ilkin iddia tələbinə qiymət verərək gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi İddiaçı Gəmil qızının mübahisləndirdiyi Abdulla Şaiq küçəsi,12 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olmaqla həmin fərdi yaşayış evinin bir hissəsini bağışlanma müqaviləsi ilə digər hissəsini isə cavabddelərdən Cavabdeh4 alqı satqı yolu ilə 7000 manata satın almışdır.İddiaçı iddia etmişdir ki, cavabdehlər onun xüsusi mülkiyyətində olan evə daxil olaraq onun evindən çıxmamışlar, onu döyərək evindən qovmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, mübahisəli əmlak ilkin İddiaçı mülkiyyəndir. Belə olan halda məhkəmə hesab edir ki, ddiaçının qanunla qorunan mülkiyyət hüquqlarına edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalı iddiaçı mülkiyyətində olan evə köçürülməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və bunun əsasında çıxarışın ləğv edilməsi üçün ilk öncə mübahisənin predmeti vərəsəliklə bağlı olmalı və MM-in 1137-ci maddəsində göstərilən hallar mövcud olmalıdır. MM-in 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı mülkiyətində olan fərdi yaşayış evini bağışlanma və alqı satqı müqaviləsi əsasındı əldə etmiş və miras açılmamışdan əvvəl mülkiyyətində olmuşdur. Nə qədər iddiaçının mübahisəli mülkə dair çıxarışın verilməsinə əsas olmuş müqavilələr qüvvədədir, həmin müqavilələr əsasında mülkiyyətçisinin həyata keçirdiyi hüquqi nəticə yaradan hərəkətlərin mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X3 şəhəri, Kəpəz rayonu, Abdulla Şaiq küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İlkin İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar