Məhkəmə qərarları › İş №2(043)-3280/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3280/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3280/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3nun xx xxx 1979-cu ildə Ermənistan SSR, Basarkeçər rayonunun Əzizli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun ailəsi öz ata yurdu olan Qərbi Azərbaycandan 1988-ci ilin sonlarında erməni separatçıları tərəfindən deportasiya edilmişdir. X1 1925-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Əzizli kəndində doğulmuş, 7 övladı olmuşdur. Atası xx xxx 1979-cu il tarixdə vəfat etmiş və qohumları ilə birgə onu Ermənistan Respublikasının Basarkeçər rayonunun Əzizli kənd qəbirstanlığında dəfn etdirmişdir. Hal-hazırda onun qəbri Ermənistan Respublikasının Basarkeçər rayonunun Əzizli kənd qəbristanlığında yerləşir. Hazırda yaşadığı ev, yəni Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi 4-cü döngə, 12 nömrəli ev anası X15 adınadır və həmin evi başqa şəxsə satmaq istəyirlər. Lakin anası, mərhum atası İbrahim Abbasovla nikahda olduğu üçün evi sata bilmirlər, onlardan atasının ölümü barədə arayış tələb olunur. Ona görə də, o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə dair hər hansı rəy və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X2 xx xxx 1979-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunun Əzizli kəndində ürək çatışmazlığından vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X10 və X16 digər şahid X7 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, ərizəçi onun oğludur. X8 onun əri olmaqla, xx xxx 1979-cu ildə Ermənistan Respublikası, Vardenis rayonunun Əzizli kəndində ürək çatışmazlığından vəfat etmişdir. Ərini Ermənistan Respublikası Vardenis rayonu Əzizli kəndində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Əri ölən ərəfədə o cavan olmuş və səhlənkarlıq ucbatından ölüm haqqında şəhadətnamə almamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X3nun xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunun Əzizli kəndində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 377532 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1963cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunun Əzizli kəndində doğulmuşdur. X3, anası X17r. İş materiallarına əlavə edilmiş İ-ЗЖ seriyalı, 798606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunun Əzizli kəndində doğulmuşdur. X3, anası X17r. İş materiallarına əlavə edilmiş ИЕ seriyalı, 881083 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 1925-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndində doğulmuşdur. X4, anası X9r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Leylan Əli qızı arasında Nərimanlı kənd sovetində xx.xx.1959-cu il tarixdə, 21 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin doğma atasıdır. X6 xx xxx 1979-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Əzizli kəndində ölmüşdür və həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Bu fakt şahidlərin birbiri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölümün üstündən çox keçdiyi, ölümü təsdiq edən zəruri sənədlərin olmadığı üçün ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. İ.Abbasovun ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə daşınmaz əmlakla bağlı sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1925-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kəndində doğulmuş X5 Ermənistan Respublikası Vardenis rayonunun Əzizli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar