Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3393/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (maraqlı şəxs Kəpəz Rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21.01.1992-ci ildə doğulmuş və 1 aydan sonra ölmüş oğlu X4 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun oğludur. Murad 21.01.1992-ci il tarixdə doğulmuş və bu barədə 22.01.1992-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin akt kitabında 200 nömrə ilə qeyd aparılmışdır. Çox əfsuslar olsun ki, uşaq naməlum səbəbdən qəflətən 1 (bir) ay yaşamadan ölmüşdür. Uşağın ölüm səbəbini göstərməyən həkim onun ölümü haqda lazımi yerlərə məlumat verməmiş və bunun ucbatından da o uşağının ölüm kağızını ala bilməmişdir. O, övladını məcbur olub sənədsizsübutsuz keçmiş Xanlar (indiki Göygöl) rayonunun ərazisində yerləşən Lüləli qəbirstanlığında dəfn etmişdir. Çox təəssüflər olsun ki, onun övladı X2 ikən cəmi 1 (bir) ay yaşamadan həkimlərin və öz vəzifələrini yerinə yetirə bilməyən bəzi məmurların günahı ucbatından qara torpağın altında yatmasına baxmayaraq sənədlərdə səhv olaraq sağ kimi göstərilir. O, ev məsələsi ilə bağlı sənəd toplayarkən mərhum uşağı X3 olaraq sağ kimi göstərilmişdir. O, onun ölüm kağızını heç cür əldə edə bilməmişdir. O, uşağının doğulması ilə bağlı Nizami Rayon Qeydiyyat Şöbəsindən arayış almışdır. Arayışda doğulması barədə məlumat var, ölməsi ilə bağlı heç bir məlumat yoxdur. Məcbur oldum yaşadığı ərazinin Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar da ona imtina məktubu verərək məhkəməyə müraciət etmsini məsləhət görmüşlər. O, Qarabağ müharibəsi veteranı kimi, qazisi kimi dövlətinin imtiyazlarından istifadə etmək qərarına gəlmişdir. Ancaq övladının ölmüş olduğu halda sağ kimi göstərilməsi onun ev nöbəsinə alınmasına əngəl törədir. Həm kiçik övladının ölümü, həm də həyat yoldaşı X1 01.08.2017ci ildə qəflətən ölməsi onu stress vəziyyətinə salmışdır. O da bir insan kimi ayağa durmaq, sağ olan övladlarının gələcəkdə xoşbəxt olmaları üçün mübarizə aparmaq qərarına gəlmişdir. Bunun üçün də uşağının ölüm kağızını almaq ümidi ilə Gəncə şəhər, Kəpəz Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin rəisi Şəbinə xanım Əhmədova ona bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşadığı yerdə və ya ölümün baş verdiyi yerdə 10 gündən gec olmayaraq aparılır. Bu prosesi əlaqədar təşkilatların səhvi ucbatından vaxtında yerinə yetirmədikləri üçün qeydiyyat şöbəsinin ölüm faktının müəyyən edilməsində səlahiyyəti yoxdur. Bu mühüm əhəmiyyətli səlahiyyəti müəyyən edib təsdiqini tapması yalnız məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Ona görə də o da ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazinin məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin Qaydanın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndində isə izah edilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin Plenumunun qərarına əsaslanaraq məhkəmə qeyd edir ki, ərizəçi mərhum oğlunun ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə müraciət etməsini və həmin şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutlarını ərizəsində göstərmədiyindən və bu cür sübutları ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3393/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3393/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver