Məhkəmə qərarları › İş №2(043)-3427/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3427/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3427/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm haqqında akt qeydinin düzgün olmamasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, atasına məxsus ölüm haqqında akt qeydinin ad qrafasında atasının adının Kərəm kimi düzəliş edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X5 12.07.2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqında şəhadətnamə verilmişdir. Atasının adı Kərəm olmasına baxmayaraq həmin şəhadətnamədə atasının adı Kərim kimi qeyd edilmişdir. Bu səbəbdən də ölüm haqqında şəhadətnamədə olan ad ilə digər sənədlərdə olan ad ziddiyyət təşkil edir. O, yalnışlığın düzəldilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin orqan bundan imtina etmişdir. O, atasından qalmış miras əmlakı qəbul etmək istəyir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, bununla yanaşı məhkəməyə ərizə göndərərək heç bir etiraz və rəyinin olmadığını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyslı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuşdur. İ-ЖГ seriyalı, 211575 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında 15 noyabr 1973-cü ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. V- ЖГ seriyalı, 434696 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1978-ci ildə doğulmuşdur. Valideynləri-atası X5, anası X4r. AZ-İ seriyalı, 888632 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 iyul 2017-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyindən vəfat etmişdir. ИЖ seriyalı, 223272 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 20 aprel 1947-ci ildə Gəncə şəhərində doğulmuşdur. Maraqlı şəxs 24 avqust 2021-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, sənədlər arasında uyğunsuzluq olduğundan düzəliş aparılması mümkün olmamışdır. “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin ölüm haqqında akt qeydindən görünür ki, X6 12.07.2017-ci il tarixdə vəfat etmişdir. Şəxsiyyət vəsiqəsinin məlumatlarında görünür ki, X6 20 aprel 1940-cı ildə doğulmuşdur. Gəncə şəhəri Baş Polis İdarəsinin 15 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, X6 10.10.2005-ci il tarixdə X-JQ 629660 nömrəli keçmiş nümunəli sovet pasportunu dəyişərək ilk dəfə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Şəxsiyyət vəsiqəsi alan zaman pasportda adı, soyadı və ata adı olduğu kimi qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş fərdi uçot kartoçkasından və forma №1-dən görünür ki, X6 20.04.1947-ci il tarixdə Gəncə şəhərində doğulmuş,12.07.2017-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin sorğuya cavab məktubundan görünür ki, vətəndaş Ərizəçi şəxsiyyət vəsiqəsində və doğum haqqında akt qeydində ata adı "Kərəm” qeyd olunmuşdur. Vətəndaş tərəfindən şöbəyə təqdim edilmiş ata və anasının nikah haqqında şəhadətnaməsində atanın adı “Kərəm” qeyd olunsa da, Vətəndaşlıq vəziyyəti aktları ’’X1 Sistemi” üzrə məlumatların və Gəncə Nizami rayon qeydiyyat şöbəsində saxlanılan arxiv məlumatlarının üzləşdirilməsindən sonra atanın 22.09.1954-cü il tarixli bərpa doğum akt qeydinə “Kərəm”, 15.09.1973-cü il tarixli nikah haqqında akt qeydində adı “Kərim" qeyd olunduğu müəyyən edilmişdir. Həmçinin Vətəndaşlıq vəziyyəti aktları ’’X1 Sistemi” üzrə yoxlama nəticəsində ad, soyad ata adının dəyişdirilməsinə dair heç bir məlumat aşkar olunmamışdır. Gəncə “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 13.07.2017-ci il tarixli 1195 nömrəli ölüm haqqında akt qeydindədə adının “Kərim” olması nəzərə alınaraq, sənədlər arasında ziddiyyət olduğundan şöbə tərəfindən düzəlişin aparılması mümkün olmamışdır. Bununla bağlı vətəndaşa məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin 12 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, akt qeydlərində məlumatlar belədir: X8 22.09.1954-cü il, 616 saylı doğum bərpa, X6 15.09.1973-cü il 947 saylı nikah, Ərizəçi 12.07.1978-ci il 2428 saylı doğum, X9 25.12.1975-ci il 4417 saylı doğum, X10 09.09.1974cü il 2828 saylı doğum. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı atasına məxsus sənədlərdə, yəni onun şəxsiyyət vəsiqəsində, ölümü haqqında şəhadətnamədə, nikah akt qeydində X2 qeyd edilmişdir. Ərizəçinin qardaşlarının doğumu haqqında şəhadətnamələrdə də atasının adı X2 qeyd edilmişdir. Bununla yanaşı ərizəçinin atasının doğum bərpa akt qeydində və ərizəçinin özünün doğumu haqqında şəhadətnamədə atasının adı X3 qeyd edilmişdir. Ərizəçinin atasına şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş keçmiş sovet nümunəli pasportunda adı X6 olmuşdur. Bütün qeyd olunanlar ərizəçinin atasının adının əslində X6 olduğunu, lakin ərizəçinin doğum akt qeydində ata adının X3 qeyd edildiyini göstərir. Belə olan halda ərizəçi atasının həqiqi vəziyyətə uyğun olan ölüm akt qeydinə yox, özünün doğum akt qeydinə düzəliş edilməsini tələb etməlidir. Nəzərə alınmalıdır ki, ölüm akt qeydi vətəndaşın şəxsiyyət vəsiqəsinin əsasında aparılır. Buna görə də ərizəçinin atasının şəxsiyyət vəsiqəsindəki adı ilə eynilik təşkil edən ölüm akt qeydinə düzəliş edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar